525.Az

"Suriyanın 92 faizi İŞİD-dən azad edilib"


 

"Suriyanın 92 faizi İŞİD-dən azad edilib"<b style="color:red"></b> Suriya ərazisinin 92 faizi İŞİD-dən xilas edilib.
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirinin rəsmi mətbu orqanı olan “Krasnaya zvezda” məlumat verib.
 
Bildirilir ki, Rusiya Hava-Kosmik Qüvvələri bir həftə ərzində Suriyada 500 hərbi uçuş həyata keçirib və bunlardan 130-u pilotsuz uçuşlardır. Nəticədə terrorçuların 1260-dan çox obyekti məhv edilib.
 





13.10.2017    çap et  çap et