525.Az

Attestasiyadan keçə bilməyən rezidentlər təkrar imtahan verəcəklər


 

Attestasiyadan keçə bilməyən rezidentlər təkrar imtahan verəcəklər<b style="color:red"></b> Oktyabrda dövri attestasiyadan keçə bilməyən və ya üzrlü səbəbdən iştirak etməyən rezidentlər üçün təkrar imtahan keçiriləcək.
 
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, imtahan noyabrın 10-da saat 14:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) təşkil olunacaq.
 
İstifadəçi şifrəsini almayan rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-ə müraciət etməlidirlər.
 
Qeyd edək ki, VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.
 





13.10.2017    çap et  çap et