525.Az

Rezidentlərin yekun attestasiyasının vaxtı açıqlandı


 

Rezidentlərin yekun attestasiyasının vaxtı açıqlandı<b style="color:red"></b> Rezidentlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaq.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik bazaların rezidentlərinin yekun attestasiyası Azərbaycan Tibb Universitetində keçiriləcək.
 
Yekun attestasiya iki mərhələdə (test və praktiki) aparılacaq.
 
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
 
Yekun attestasiyanın test mərhələsi oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. İmtahan rezidenturada təhsil müddəti iki və üç il olan ixtisasların məzunları üçün saat 12.00-da, təhsil müddəti dörd və beş il olan ixtisasların məzunları üçün saat 13:00-da başlayacaq. Oktyabrın 14-dən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. 23-24 oktyabr tarixlərində saat 14:00-da VTM-də yekun attestasiyanın test mərhələsi ilə əlaqədar rezidentlər üçün treninq keçiriləcək.
 
Yekun attestasiyanın praktiki mərhələsi 27-30 oktyabr tarixlərində saat 09.00-da baş tutacaq. Rezidentlərin göstərilən günlərdə saat 08.45-də şəxsiyyət vəsiqələri ilə ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur.
 





13.10.2017    çap et  çap et