525.Az

Dubay dünyanın ən cəlbedici şəhərləri sırasında


 

Dubay dünyanın ən cəlbedici şəhərləri sırasında<b style="color:red"></b>

“The Mori Memorial Foundation’s Institute” Şəhər Strategiyaları İnstitutunun dərc etdiyi 2017-ci il üçün “Global Power City Index” (GPCI) hesabatının nəticələrinə görə, Dubay dünyanın ən cəlbedici şəhərlərinin siyahısında 23-cü yerdədir. “Trade Arabia” nəşri bildirir ki, London, Nyu-York, Tokio, Paris və Sinqapur bu tədqiqatda liderdirlər.

AzərTAc xəbər verir ki, “GPCI” hesabatında 44 şəhər onların cazibədarlığı, habelə dünyanın hər bir yerindən yaradıcı insanları və müəssisələri cəlb etməsi baxımından dəyərləndirilib. Şəhərlər 70 ətraflı göstərici üzrə iqtisadiyyat, qarşılıqlı mədəni əlaqələr, həyat tərzi, ətraf mühit kateqoriyalarında və digər meyarlara görə qiymətləndirilib.

Qeyd olunur ki, Pekin, Tokio, Şanxay və Honkonq başda olmaqla 7 Asiya ölkəsi “İqtisadiyyat” kateqoriyasında ən yaxşı şəhərlər siyahısına daxil olub. Hesabatda ilk dəfə yer alan Dubay vergi siyasətinə, təmtəraqlı mehmanxana nömrələrinə görə yüksək göstəricilərə nail olaraq 11-ci yeri tutub.

Dubay, həmçinin “Qarşılıqlı mədəni əlaqə” kateqoriyasında 9-cu yerdədir.

 

 





13.10.2017    çap et  çap et