525.Az

Yuliya Timoşenko Ukrayna prezidenti olmaq istəyir


 

Yuliya Timoşenko Ukrayna prezidenti olmaq istəyir<b style="color:red"></b> “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
 
APA-nın xəbərinə görə, bu barədə “NewsOne” telekanalı məlumat verib.
 
“Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.
 
O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib.
 
Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub.
 





14.10.2017    çap et  çap et