525.Az

Bolqarıstan prezidentinin Azərbaycana səfəri başa çatdı


 

Bolqarıstan prezidentinin Azərbaycana səfəri başa çatdı<b style="color:red"></b> Bolqarıstan prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri oktyabrın 14-də başa çatıb.
 
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
 





14.10.2017    çap et  çap et