525.Az

"Könlüm keçir Qarabağdan" layihəsinə yekun vuruldu


 

"Könlüm keçir Qarabağdan" layihəsinə yekun vuruldu<b style="color:red"></b>

Oktyabrın 14-də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi və "Xan Şuşinski fondu"nun təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı layihəyə Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində yekun vurulub.

525.az-ın məlumatına görə, tədbiri giriş nitqi ilə Xaçmaz şəhər İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açaraq mərkəzin fəaliyyətindən ətraflı danışıb. Öz təşəbbüsü ilə yaradılmış ölkədə analoqu olmayan "Şəxsiyyətlər muzeyi"ndən bəhs edib. Bildirib ki, muzeydə yer alan heykəllər arasında dahi muğam ustadı Xan Şuşinskinin də heykəli var.

Daha sonra çıxış edən Xan Şuşunskinin qızı, "Xan Şuşunski Fondu"nun rəhbəri Bəyimxanım Verdiyeva göstərilən diqqət üçün təşəkkürünü bildirib. Qeyd edib ki, muzey gənc nəslin nümayəndələrinə, eləcə də xarici qonaqlara Azərbaycanın necə böyük dühalar yetirdiyini, zəngin, qədim, tarixi, milli-mənəvi dəyərləri təbliğ baxımından böyük işlər görüb.

O, eyni zamanda, QHT-lərə dəstək Şurasının sədri, millət vəkili Azay Quliyevə göstərdiyi diqqətdən dolayı minnətdarlığını ifadə edib.

 





16.10.2017    çap et  çap et