525.Az

Somali terrorunda ölənlərin sayı 267-yə çatdı


 

Somali terrorunda ölənlərin sayı 267-yə çatdı<b style="color:red"></b> Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb, 300 nəfər yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somalinin İnformasiya naziri Əbdürrəhman Osman bildirib. Bundan əvvəl 231 nəfərin öldüyü, 275-nin yaralandığı bildirilirdi.
 
Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu  yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib
 
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
 





16.10.2017    çap et  çap et