525.Az

OPEC üzvləri neftin ucuzlaşması nəticəsində 1 trilyon dollar itirib


 

OPEC üzvləri neftin ucuzlaşması nəticəsində 1 trilyon dollar itirib<b style="color:red"></b>

OPEC-ə üzv olan ölkələr neftin kəskin ucuzlaşması nəticəsində 1 trilyon dollardan çox itki ilə üzləşiblər.

"APA-Economics" xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo bildirib.

"2015-2016-cı illər ərzində biz yalnız investisiyaların həcminin azalmasını deyil, eyni zamanda gəlirlərin azalmasını da müşahidə etdik. OPEC ölkələri kollektiv şəkildə bu dövr ərzində 1 trilyon dollardan çox itki ilə üzləşiblər", - deyə baş katib qeyd edib.

 





16.10.2017    çap et  çap et