525.Az

ABŞ "Green Card" üçün müraciətləri dayandırdı


 

ABŞ "Green Card" üçün müraciətləri dayandırdı<b style="color:red"></b> ABŞ “Green Card” viza lotereyası üçün müraciətləri dayandırıb.
 
APA-nın “korrespondent.net”ə istinadən verdiyi xəbərə görə, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranıb.
 
ABŞ-ın Ekvadordakı səfirliyinin rəsmi saytında bildirilib ki, texniki problemlərdən dolayı lotereya üçün onlayn qeydiyyat dayandırılıb və nəticədə oktyabrın 3-dən təqdim edilən bütün ərizələr ləğv olunub. Buna görə, həmin şəxslər yenidən müraciət etməlidir.
 
2019-cu il viza lotereyası üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.
 





16.10.2017    çap et  çap et