525.Az

Bolqarıstanın Universitet Rektorları Şurası sədri BANM-də


 

Bolqarıstanın Universitet Rektorları Şurası sədri BANM-də <b style="color:red"></b> Bolqarıstanda Universitet Rektorları Şurasının sədri və eyni zamanda İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru Lyuben Totev və Bolqarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.
 
BANM-dən APA-ya bildirilib ki, universitetlərarası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri ilə tanış edib.
 
Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.
 
BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif sahələrindən danışıb.
 





16.10.2017    çap et  çap et