525.Az

Biləsuvarda insan alveriylə mübarizə mövzusunda tədbir


 

RAMİZ ALIYEV: “İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İLƏ BAĞLI AZƏRBAYCAN DÖVLƏTİNİN APARDIĞI SİYASƏT BİR ÇOX DÖVLƏTLƏRƏ NÜMUNƏ OLMALIDIR”

Biləsuvarda insan alveriylə mübarizə mövzusunda tədbir <b style="color:red"></b>

Biləsuvarda “İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyinin dəstəyi ilə maarifləndirici tədbir keçirib.

Yeni Azərbaycan Partiyasının binasında təşkil olunan tədbirdə rayon Polis şöbəsi və İcra Hakimiyyəti əməkdaşları, bələdiyyə nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev layihə haqqında danışaraq diqqəti mövzunun əhəmiyyətinə yönəldib.

R.Alıyev daha sonra insan alverinə qarşı mübarizə ilə bağlı prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı barədə tədbir iştirakçılarına məlumat verib, bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışıb.

QHT sədri Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə ilə bağlı apardığı siyasəti yüksək qiymətləndirib. O bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti institutlarının həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə daim dəstək olur.

R.Alıyev qeyd edib ki, insan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox dövlətlərə nümunə olmalıdır: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır”.

QHT sədri qeyd edib ki, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri ilə baş idarənin əməkdaşlığı yüksək səviyyədə qurulub.

Daha Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi əlaəqlər şöbəsinin baş məsləhətcisi Səbinə Hüseynzadə və Biləsuvar Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkili polis mayoru Fikrət İskəndərov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cinayətkarlıqla mübarizə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər.

Tədbirdə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Satılmış Həyat” filmi nümayiş olunub.

Ceyhun ABASOV

 





16.10.2017    çap et  çap et