525.Az

Hərbçilərimiz Gürcüstanda NATO kursunda iştirak edir


 

Hərbçilərimiz Gürcüstanda NATO kursunda iştirak edir<b style="color:red"></b>

Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun loqistika üzrə kursu keçirilir.
 
APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, nəzəri və praktiki tapşırıqların yerinə yetiriləcəyi kursda Gürcüstan, Azərbaycan və Moldova hərbçiləri iştirak edir. 

Kursu Norveç və Finlyandiyadan olan təlimçilər keçəcək. İki həftə davam edəcək kursda iştirakçılar loqistika üzrə əməliyyatlar, onların koordinasiyası və əməliyyatlara loqistik dəstək barədə biliklər əldə edəcəklər.
 
NATO-nun loqsitika üzrə kursu Gürcüstanda ikinci dəfədir ki, keçirilir və məqsədi silahlı qüvvələrdə maddi-texniki imkanların NATO standartlarına uyğunlaşdırılmasıdır.

 





16.10.2017    çap et  çap et