525.Az

Rektor: “Elmi məktəblərin sayı artırılmalıdır”


 

Rektor: “Elmi məktəblərin sayı artırılmalıdır”<b style="color:red"></b> "Azərbaycanda elmi məktəblərin sayı artırılmalıdır".

APA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

Rektor bildirib ki, bu gün ölkədə ümumilikdə 20-30, hətta daha az elmi məktəb var:
 
"Belə məktəblər daha çox qurulmalı və onlar inkişaf etdirilməlidir. Bütün sahələrdə birdən-birə dünyaya çıxmaq mkün deyil. Ancaq elmi məktəblərin coğrafiyası yaranandan sonra bu sahələri inkişaf etdirmək mümkün olar. Həmin məktəblər də birbaşa istehsalata çıxmalıdır. Belə olan halda gəlirlər çoxalar və elmin inkişafı üçün böyük maliyyə dəstəyi əldə edə bilərik.
 
Azərbaycanın ali məktəblərində elm inkişaf edir. Universitetlərdə elm olmasa, təhsil ola bilməz, yalnız elm olan yerdə yüksək təhsildən danışmaq olar”.
 





16.10.2017    çap et  çap et