525.Az

Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirildi


 

Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirildi<b style="color:red"></b> Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib.
 
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan özünün “Twitter” səhifəsində yazıb.
 
Qeyd edək ki, bundan öncə Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüş keçirilib.
 
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşüblər.
 





16.10.2017    çap et  çap et