525.Az

Madridin “Atletiko” klubu Bakıya gəldi


 

Madridin “Atletiko” klubu Bakıya gəldi<b style="color:red"></b> “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır.

Apasport.az saytının məlumatına görə, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.
 
Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib.
 
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib.
 
“Atletiko” “Marriot” otelində məskunlaşacaq.
 
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
 





16.10.2017    çap et  çap et