525.Az

London metrosunda silahlı hücum: ölən və yaralananlar var


 

London metrosunda silahlı hücum: ölən və yaralananlar var <b style="color:red"></b> London metrosunun “Parsons Green” stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
 
Hadisə yerinə polis qüvvələri cəlb edilib, ərazidə istintaq tədbirləri aparılır. “Parsons Green” metro stansiyası sərnişinlər üçün bağlanıb. Skotland-Yard hücumun terrorla əlaqəli olmadığını vurğulayıb. Bununla belə, hadisə ilə əlaqədar saxlanılan yoxdur.
 
Xatırladaq ki, sentyabrın 15-də “Parsons Green” metro stansiyasında törədilən partlayış nəticəsində 30 nəfər yaralanmışdı. Polis hadisəni terror aktı kimi qiymətləndirmişdi.
 





17.10.2017    çap et  çap et