525.Az

Zakkeroni BƏƏ millisinin baş məşqçisi təyin edildi


 

Zakkeroni BƏƏ millisinin baş məşqçisi təyin edildi<b style="color:red"></b> Tanınmış İtaliya mütəxəssisi Alberto Zakkeroni  futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi təyin edilib.
 
APA-nın xəbərinə görə, bu barədə BƏƏ Futbol Federasiyasının rəsmi “Tvitter” səhifəsində bildirilib.
 
Argentina yığmasının sabiq baş məşqçisi Edqardo Bausanı əvəzləyən 64 yaşlı Alberto Zakkeroni  əvvəllər “Yuventus”, “Milan”, “İnter”, “Latsio”, “Torino” klubları və Yaponiya millisinə rəhbərlik edib. 2016-cı ildə Çinin “Beytsin Qoan” klubunu tərk edən A.Zakkeroni BƏƏ Futbol Federasiyası ilə iki illik müqavilə bağlayıb.
 





17.10.2017    çap et  çap et