525.Az

Azərbaycanda ilk dəfə 3D konseptual sərgi


 

Azərbaycanda ilk dəfə 3D konseptual sərgi <b style="color:red"></b>

Ötən şənbə və bazar günləri Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi Aysel Hüseynovanın təşəbbüsü, Azərbaycan Milli İncəsənət Muzeyinin və 247RAARE müstəqil şirkətin dəstəyi ilə "XX əsrin Azərbaycan rəssamlarının məşhur rəsmləri 3D interpretasiyasında" adlı qeyri-adi sərgi keçirilib.

Sərgidə Azərbaycanın aparıcı rəssamlarının əsərləri yenilikçi texnologiyaların təfsirində təqdim edilib. Zalda Tahir Salahov, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Faiq Əhmədovla yanaşı, digər görkəmli rəssamların da əsərləri və 3D printerdə rəssamlara xas tərzdə hazırlanan zərgərlik əsərləri nümayiş olunub.

Sərginin təşəbbüsçüsü Aysel Hüseynova öz çıxışında təşkilatçılara təşəkkürünü bildirib: "Azərbaycanda ilk dəfə olaraq 7 məşhur rəssamının əsərlərindən bəhrələnərək müasir texnologiyalar vasitəsilə 3D formatında zinət əşyaları ərsəyə gətirilib. Layihənin təşkilatçılarına təşəkkürlərimizi bildiririk".

Sərginin əsas konsepsiyası, Azərbaycanın XX əsr məşhur rəssamlarının əl işlərinin seçilməsi və onların 3D printerdə hazırlanmış zərgərlik məmulatlarında təcəssüm etdirmək,  başlıca məqsədi isə XX əsrin azərbaycanlı rəssamlarının əsərlərini və texnikalarını zamanımızın müasir texnologiyası ilə nümayiş etdirmək olub.

Qeyd edək ki, konsepsiyası 247RAARE müstəqil şirkətinə, işlərin implementasiyası Ego Cres layihəsinə məxsus sərginin dizayneri Səyyarə Rüstəmovadır.

Xədicə RƏHMAN

 

 





17.10.2017    çap et  çap et