525.Az

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılışı oldu


 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılışı oldu<b style="color:red"></b>

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət  xadimləri iştirak edib.

Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və "Multiart", "Multimusic", "Robotics", "K-First", "Multielm", "Multitexnologiya" modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumatlandırıblar.

Mərkəzdə 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar 6 inteqrativ modul əsasında 4 kurs olmaqla təhsil proqramı fəaliyyət göstərir.

Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncə, təxəyyülün inkişafına yardım edəcək. "Multicentr" layihəsinin bir hissəsi olan "Multielm" modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması  imkanı verəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır.

Mərkəz 43 illik fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə uğurla iştirak edib. Dəfələrlə müxtəlif ölkələrdə keçirilən beynəlxalq festival və müsabiqələrin qalibi olub, I, II, III yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.

 





17.10.2017    çap et  çap et