525.Az

Əbülfəs Qarayev Mustafa Məsturu qəbul etdi


 

Əbülfəs Qarayev Mustafa Məsturu qəbul etdi<b style="color:red"></b>

Oktyabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı yazıçı Mustafa Məsturu, İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsini və “ATV Kitab” layihəsinin rəhbəri, şair Səlim Babullaoğlunu qəbul edib.

Görüş zamanı nazir hər iki xalqın zəngin mədəniyyətindən bəhs edib, qarşılıqlı layihələrin millətlər arasındakı çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan Ə.Qarayev qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının farsdilli, İran ədəbiyyatının isə türkdilli ölkələrdə yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Qəbula görə təşəkkür edən M.Məstur Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışıb və Azərbaycan yazarlarının əsərləri ilə tanış olduğunu bildirib. Hər iki qonaq milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirib.

Hər iki tərəf bir daha bu cür tədbirlərin, görüşlərin xalqlarımız arasındakı mədəni əlaqələrin, eyni zamanda turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

Qəbulda mədəniyyət və turizm sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda M.Məstur “ATV Kitab” layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən “Tanrının ay üzündən öp” romanını Ə.Qarayevə hədiyyə edib.

 





17.10.2017    çap et  çap et