525.Az

Polşa prezidenti Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədi


 

Polşa prezidenti Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədi<b style="color:red"></b> Polşa Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, bu ölkənin hərbi və iqtisadi potensialı Aİ üçün vacibdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda Varşavada türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında bildirib.
 
“Türkiyənin Aİ-yə üzv olacağına ümid edirik. Türkiyə çoxdan Aİ-yə üzv olmaq üçün səy göstərir. Türkiyə çalışır və üzv olmağını gözləyir”, - deyə A.Duda bildirib.   
 
Onun sözlərinə görə, Türkiyə təhlükəsizlik nöqteyi-nəzərdən Aİ-nin çox mühüm tərəfdaşıdır: “Bunu heç kimə izah etməyə ehtiyac yoxdur. Türkiyənin hərbi və iqtisadi potensialı Aİ üçün çox vacibdir”. 
 
 “Ankara Aİ qarşısında qaçqınlar məsələsinə dair üzərinə götürdüyü öhdəlikləri icra edir”, - deyə Polşa prezidenti qeyd edib.
 





18.10.2017    çap et  çap et