525.Az

Türkiyədə fövqəladə vəziyyət rejimi yenə uzadıldı


 

Türkiyədə fövqəladə vəziyyət rejimi yenə uzadıldı<b style="color:red"></b> Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, millət vəkillərinin əksəriyyəti hökumətin təqdim etdiyi müvafiq qanun layihəsini dəstəkləyib.
 
Qeyd edək ki, Türkiyə hökuməti ötən gün ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. Müvafiq sənəd təsdiqlənməsi üçün parlamentə göndərilib.
 
Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevriliş cəhdindən sonra tətbiq olunub.
 





18.10.2017    çap et  çap et