525.Az

"Yasamal Yaşayış Kompleksi gələn ilin yayında təhvil veriləcək"


 

"Yasamal Yaşayış Kompleksi gələn ilin yayında təhvil veriləcək"<b style="color:red"></b>

"2016-cı ildə Azərbaycanda 15 minə yaxın mənzil, 12 minsən çox fərdi yaşayış evi istifadəyə verilib".

"APA-Economics" xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktorunun müavini Sadıq Sadıqov bildirib.

Onun sözlərinə görə, ölkənin inşaat sektorunda 100 minə yaxın işçi çalışır.

"Təkcə Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir. 1843 ailəni yeni mənzillə təmin edəcək MİDA-nın Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir və 2018-ci ilin yayında təhvil verilməsi planlaşdırılır. Kompleksin tikintisində 20-dən artıq şirkət podratçı qismində iştirak edir.

Tikintiyə ümumilikdə 3500-ə yaxın işçi cəlb olunub. Agentliyin hazırda layihələndirmə mərhələsində olan yeni yaşayış kompleksi 3000 mənzildən ibarət olacaq", - deyə qurum rəsmisi vurğulayıb.

 





18.10.2017    çap et  çap et