525.Az

“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda müsabiqə keçiriləcək


 

“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda müsabiqə keçiriləcək<b style="color:red"></b> Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda VII respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin müavini Firudin Qurbanovun imzaladığı əmrə əsasən, Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə, internat məktəblərinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorlarına bildirilib ki, müsabiqə ümumtəhsil və internat məktəblərinin I - XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi əlavələrlə birlikdə nazirliyin internet səhifəsində (www.edu.gov.az) “Sənədlər” bölməsində verilib.
 
Respublika mərhələsinə işlər müsabiqənin əsasnaməsinin tələblərinə tam uyğun olmaqla Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Müsabiqənin  qalibləri haqqında məlumatlar 10 noyabr tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim ediləcək.
 
Müsabiqənin rayon (şəhər) mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında Fövqəladə Hallar Nazirliynə göndərilməsini təmin etmək, respublika mərhələsinə göndərilmiş işlərin adlı siyahısını məktubla Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.
 





18.10.2017    çap et  çap et