525.Az

Nəsimi Ağayev Fullerton Kollecində mühazirə oxudu - Fotolar


 

Nəsimi Ağayev Fullerton Kollecində mühazirə oxudu - <b style="color:red">Fotolar</b>

Oktyabrın 16-da Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev  Kaliforniyanın Fullerton Kollecində tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

Baş konsulluqdan verilən məlumata görə, mühazirədə N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib.

Diplomat Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, Azərbaycan hökumətinin bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib.

Baş konsul daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasəti barədə mühazirə iştirakçılarını məlumatlandırıb.

Çıxışdan sonra N.Ağayev tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, 25 min tələbənin təhsil aldığı Fullerton Kolleci Kaliforniyanın ən qədim ali təhsil müssisələrindəndir.

Ceyhun ABASOV

 





18.10.2017    çap et  çap et