525.Az

"Qloballaşma və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar


 

"Qloballaşma və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar <b style="color:red"></b>

Dünən Bakı Slavyan Universitetində (BSU) Dövlət Müstəqillik Gününə həsr olunmuş "Qloballaşma və milli - mənəvi dəyərlərimiz" mövzusunda elmi-praktik seminar keçirilib.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək Azərbaycanın müstəqilliyinin kəşməkeşli yol keçdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin qayıdışına qədər ölkənin çox mürəkkəb durumda olduğunu, sosial-siyasi, milli-etnik konfliktlərin son gərginlik həddinə çatdığını qeyd edib: "Ulu öndər qısa zamanda dövlət müstəqilliyimizi möhkəmləndirərək onun əbədiliyini, dönməzliyini təmin etdi. Demokratik, hüquqi dövlətçilik prinsiplərini bərqərar etdi. Ermənistan tərəfindən Azərbaycanın cəlb edildiyi ədalətsiz müharibədə insan qırğının qarşısını almaq üçün atəşkəsə nail oldu".

Sonra seminarda milli-mənəvi dəyərlərimizə həsr edilmiş film nümayiş etdirilib.

Nümayişin ardından Azərbaycan multikulturalizmi kafedrasının  baş müəllimi  Asif Quliyev "Heydər Əliyev və Azərbaycan dövlətçiliyində milli dəyərlər" mövzusunda məruzə ilə çıxış edib. A.Quliyev bildirib ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Həmin kafedranın müəllimi Maya Cəfərquliyeva "Milli-mənəvi dəyərlər multikulturalizm kontekstində" adlı mövzu ətrafında Azərbaycan  multikulturalizminin mahiyyəti barədə tələbələrlə diskussiya aparıb. Sonra beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Tofiqə Miriyevanın "Milli-mənəvi dəyərlər gənclərimizin gözü ilə" adlı məruzəsi dinlənilib.

 





18.10.2017    çap et  çap et