525.Az

Sumqayıt Texnologiyalar Parkı "WorldBuild Baku 2017" sərgisində iştirak edir


 

Sumqayıt Texnologiyalar Parkı "WorldBuild Baku 2017" sərgisində iştirak edir<b style="color:red"></b>

"Sumqayıt Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti (STP) Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş 23-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisində  (WorldBuild Baku 2017) iştirak edir.

Sərgi STP-yə öz geniş çeşidli portfelini nümayiş etdirmək üçün imkan yaratmaqla bərabər, məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırlatmaq və yeni biznes əlaqələri qurmağa, təcrübə mübadiləsi aparmağa kömək edəcək.

Dünyanın 28 ölkəsindən 200-dən artıq şirkətin iştirak etdiyi "WorldBuild Baku 2017"də Sumqayıt Texnologiyalar Parkına aid "Made in Azerbaijan" brendi altında istehsal olunan inşaat materialları, o cümlədən, müxtəlif çeşidli kabellər, plastik borular, sendviç panellər, PVC, alüminium profillər və digər məhsullar nümayiş etdiriləcək. Mütəxəssislər sərgi zamanı ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, onlara STP-nin istehsal prosesi haqqında təkcə nəzəri deyil, həm də praktiki kömək göstərəcəklər.

Sərgi ziyarətçiləri Sumqayıt Texnologiyalar Parkının məhsulları ilə tanış olmaqla yanaşı, texnoparkın zavodlarındakı istehsal proseslərini monitorlardan izləmək və təşkil olunmuş müsabiqələrdə iştirak edərək müxtəlif hədiyyələr qazanmaq şansını əldə edəcəklər.

"Sumqayıt Texnologiyalar Parkı" MMC hər il olduğu kimi, builki sərgidə də iştirak etməkdən uğurlu nəticələr gözləyir və hər bir kəsi STP-nin stendi ilə tanış olmağa dəvət edir.

Xədicə RƏHMAN

 





18.10.2017    çap et  çap et