525.Az

Bu il doğuş zamanı neçə ana ölümü qeydə alınıb?


 

Bu il doğuş zamanı neçə ana ölümü qeydə alınıb? <b style="color:red"></b> Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.
 
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
 
Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb: "Ölüm hadisələrinin sayı həmin müddətlə müqayisədə eyni qalıb. Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".
 





18.10.2017    çap et  çap et