525.Az

İlham Əliyev keçmiş prezidentləri qəbul edib


 

İlham Əliyev keçmiş prezidentləri qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev mayın 31-də Xorvatiya keçmiş prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə Azərbaycanla Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirilib.
 
Azərbaycan dövlət başçısı Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanovu da qəbul edib.
 
Söhbət zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu qeyd edilib.
 
Görüşlərdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, forumun yüksək səviyyədə təşkil olunduğu qeyd edilib, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi Foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirilib.

 





31.05.2013    çap et  çap et