525.Az

İvanişvili: "İstefa Saakaşvilinin simasını itirməməyə imkan verəcək"


 

İvanişvili: "İstefa Saakaşvilinin simasını itirməməyə imkan verəcək"<b style="color:red"></b>

“Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili Gürcüstan prezidenti Mixail Saakaşviliyə istefa verməyi və ölkədə növbədənkənar prezident seçkilərini keçirməyi təklif edib.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, İvanişvili bu gün keçirdiyi brifinqdə bildirib ki, Saakaşvilinin növbəti məntiqi və atdığı düzgün addımı o olardı ki, o, istefa ərizəsini yazsın və ölkədə növbəti növbədənkənar seçkilər keçirsin.

“Bu, onun gələcəyi üçün yaxşı olardı. Bu addım onun simasını itirməməyə və xoş gələcək qurmağa imkan verəcək. Yaxşı olar ki, bunu da o özü etsin. Onun bircə yolu var – o da istefaya getməkdir”, - deyə İvanişvili vurğulayıb.

İvanişvili qeyd edib ki, prezident istefaya getsə, yeni prezident seçiləcək və yeni konstitusiya ilə hər şey qaydasında olacaq.

 





02.10.2012    çap et  çap et