525.Az

Təhsil müəssisələri arasında yarış


 

Təhsil müəssisələri arasında yarış <b style="color:red"></b>

Oktyabrın 17-də "Təfəkkür" Universitetinin akt zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Təfəkkür" universitetinin birgə təşkilatçılığı ilə "Müstəqillik günü" münasibəti ilə Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə rayon kuboku  uğrunda yarış keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon  Təşkilatının sədr müavini Nəcəf  Novruzov, "Təfəkkür" Universitetinin prorektoru, professor İlham Musayev, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatınım sədri Sakit Orucov çıxış edərək yarış iştirakçılarını "Müstəqillik günü" münasibəti ilə təbrik edib.

Universitetin prorektoru, professor İlham Musayev öz çıxışında yarış  iştirakçılarına uğurlar arzulayıb, ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə tələbələrin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən danışıb.

İntelektual oyunda rayon ərazisində yerləşən 8 ali məktəb və 2 orta ixtisas təhsil müəssisələrinin tələbələrindən ibarət 10 komanda da 100-ə yaxın tələbə iştirak edib. İki saatdan çox çəkən oyunda I yeri Azərbaycan Dövlət İqtisad Universitetinin komandası, II yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, III yeri Bakı Biznes və Kooperasiya Kollecinin komandası, IV yeri isə "Təfəkkür"universitetinin komandası tutub. Qalib komandalar və onların üzvləri diplom, medallar və kubokla təltif olunublar.

 

 





20.10.2017    çap et  çap et