525.Az

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq


 

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq<b style="color:red"></b> Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin gələn il başa çatdırılması nəzərdə tutulur.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın 2018-ci il Dövlət büdcəsi layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, bu məqsədlə respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən, Şəki, Mingəçevir və Naftalan şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Oğuz, Zaqatala, Zəngilan, Qax, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Tərtər, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl, Göyçay rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılıb.
 
Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70,6 milyon manat vəsait proqnozlaşdırılıb.
 





20.10.2017    çap et  çap et