525.Az

30 dərəcə isti hava bizi gözləyir


 

30 dərəcə isti hava bizi gözləyir<b style="color:red"></b>

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinini əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Oktyabrın 3-də respublika ərazisində nisbətən sabit və mülayim hava şəraiti davam edəcək.

 





03.10.2012    çap et  çap et