525.Az

İtaliya və Azərbaycan şirkətləri turizm sahəsində əməkdaşlığı genişləndirir


 

İtaliya və Azərbaycan şirkətləri turizm sahəsində əməkdaşlığı genişləndirir<b style="color:red"></b>

Oktyabrın 19-u Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə “Absheron JW Marriott” otelində görüş keçirilib.

Tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilib, turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Yekun olaraq, 22 şirkət arasında ilkin anlaşmalar əldə edilib, gələcək əməkdaşlığın konturları müəyyən edilib.

Şahanə

 





21.10.2017    çap et  çap et