525.Az

KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib


 

KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib  <b style="color:red"></b>

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq iştirakçıları müzakirsi nəzərdə tutulmuş məsələlərlə tanış edib.  Bundan sonra Şura üzvləri “2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı”nı; milli mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək “Fərdi jurnalist yazıları”müsabiqəsini, “Ziya” qəzetinin transliterasiyasının kitab şəklində çapının maliyyələşdirilməsi məsələlərini müzakirə ediblər.

Gündəlikdə dayanan birinci məsələ ilə bağlı Fondun icraçı  direktoru Vüqar Səfərli çıxış edərək Fondun KİV layihələrini maliyyələşdirmək üçün büdcə imkanları barədə məlumat verib.  Məlumat dinlənildikdən sonra Müşahidə Şurasının üzvləri “2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”nin şərtlərini müəyyənləşdirmiş, həmçinin, 01 iyun tarixindən başlamaqla müsabiqəyə qatılmaq üçün verilən sənədlərin 25 gün müddətində qəbul edilməsinə qərar veriblər.

Milli mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək Fərdi jurnalist yazıları müsabiqəsi ilə bağlı məsələni müzakirə edən Şura üzvləri  müsabiqənin 15 istiqamət olmaqla, 45 mövzu üzrə keçirilməsini məqbul sayıblar.

Şura üzvləri “Ziya” qəzetinin transliterasiyasının kitab şəklində çapının maliyyələşdirilməsi” ilə bağlı məsələdə də yekdillik göstərərək bu məqsədlə maliyyə vəsaitinin ayrılmasına qərar qəbul ediblər.

 





01.06.2013    çap et  çap et