525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək! 

AZƏRBAYCANDA

Quba və Göyçayda 

Bakıdan gedən xüsusi təftiş heyəti Quba vilayətinin Kommunist firqəsi komitəsini heyəti-ümumiyyəsilə fəsx etmişdir. (“Zarya Vostoka”, № 188)

Quba vilayətinin idarəsi üçün Bakıdan fövqəladə bir heyətlə xüsusi bir əmələ müfrəzəsi göndərilmişdir.

Quba təşkilatının milliyyətpərvərlər əlində olduğu və kommunizm prinsipinə tamamilə zidd tətbiqatda bulunduqları meydana çıxmışdır.

Eyni qəzetənin yazdığına görə (“Zarya Vostoka”, 18-V/№ 188) Göyçay Komitə və Sovet təşkilatlarında ilğa edilərək məsul məmur və əzaları əzl edilmişlərdir.

Yapılan təhqiqat nəticəsində bütün müəssisələrin milliyyətçi ünsürlər əlində olduğu məlum olmuşdur. O cümlədən, sabiq zənginlərdən Kərbəlayev Göyçay vilayətinin maliyyə şöbəsi müdürü, sabiq tüccardan və intixab haqqına malik bulunmayan Yunusov xalq müstəntiqi, Hüseynov müddəiyi-ümumi (prokuror) katibi, Müdafiə Vəkilləri Cəmiyyətinin əzaları Rəsulzadə və Cəbrailbəyli kibi milliyyətçilərdən ibarət olmuşdur. Göyçay kooperativi milliyyətçi Ağayevin əlində, Azərbaycan Ziraət Bankının şöbəsi müdiri sabiq zənginlərdən Ağaəfəndi Əfəndizadə əlində olmuşdur.

Bütün bu milliyyətpərvər ünsürləri himayə edən Azərbaycan Kommunist Firqəsi Göyçay Komitəsi rəisi Mürsəlzadə olmuş imiş. 

Əzl və ixrac edilənlər 

Bakı qəzetələri Kommunist firqəsindən və mühüm məmuriyyətdən əzl edilənlərin listesini yazmaqla davam ediyorlar. Əzl və ixrac edilənlərdən ən mühümləri bunlardır:

1- Böyük Ağa Talıblı -

Azərbaycan Kommunist firqəsinin əski əzalarından olmuş, istilayı mütəaqib bir çox komissarlıqlarda bulunmuş. Mavərayi Qafqasiya Federasyonunda maliyyə və köylü-əmələ müfəttişligi komissarı olmuşdur. Son zamanlarda Talıblı Azərbaycan Mərkəzi Statistik İdarəsinin müdürü, türkcə “İqtisad” məcmuəsi məsul müdürü və Azərbaycan Kommunist Firqəsi Mərkəzi Komitəsi əzası bulunuyordu.

2- Çingiz Yıldırım -

Və yaxud Çingiz Sultanov feodal sinifinə mənsub olan istilayi mütəaqib Azərbaycan Sovet Cümhuriyyətinin bəhriyə komissarı olmuşdu. Son zamanlarda Azərbaycan Ali İqtisad Şurası rəyasətindən posta-teleğraf komissarlığına nəql edilmiş, oradan da vəzifədən və firqədən olmaq üzrə tamamilə dışarı atılmışdır.

3- Mir Bəşir Qasımov -

Bakı mədən və fabrikalarında çalışan İran azərbaycanlısı bir əmələ plan Mir Bəşir 2 sənə əvvəlinə qədər Azərbaycan rəyasəti cümhur məqamı olan Mərkəzi İcraiyyə Komitəsi rəis müavinligində bulunmuşdur. Son zamanlarda Səlyan icraiyyəsi rəisi ikən Qarabağ İcra Komitəsi rəyasətinə təyin edilmişdi.

4- Əsəd Qarayev - 

Azərbaycan Kommunist Firqəsi Ağdam Komitəsi və Ağdam vilayət icraiyyəsi rəisi bulunan Əsəd vəzifədən əzl və firqədən xaric edilmişdir.

5- Sadıqov -

Azərbaycan Kommunist firqəsi mərkəzi heyəti əzalarından və Azərbaycan “Hilal Əhmər” cəmiyyəti mübaiyat qismi müdürü və müddəiyi-ümumi müavini Sadıqov firqədən ixrac və vəzifədən əzl edilmişlərdir.

Talıblı ilə Sadıqov məhkəməyə cəlb edilmişlərdir. Çingiz Yıldırımın komissarlıq yapdığı posta-teleqraf komissarlığı məmurları Çingizin təhdi-məsuliyyətə alınmasını tələb eyləmişlərdir. (“Kommunist”, № 185, 189; “Zarya Vostoka”, № 183, № 185, № 188)

Qəzalarda

Azərbaycan qəzalarında firqə və sovetlərin təmizligi davam ediyor. Bakı və Tiflis qəzetələrinin verdikləri məlumata görə:

Səlyan qəzasının firqə katibi-ümumisi Həsən Səfərov Azərbaycan Kommunist Firqəsi Mərkəzi Komitəsinin Nuxa-Zaqatala mötəmədi Qaziyev, Muğan mötəmədi Məhərrəm Əlizadə, heyəti mərkəziyyə əzası Mirzə Rizazadə, Naxçıvan vilayəti Kommunist firqəsi rəisi Hacı Baba Ələkbərzadə, Cəbrail qəza komitəsi rəisi və Azərbaycan Kommunist Firqəsi kontrol heyəti əzasından  İsmayıl Əli oğlu Mürşidov, Lənkəran mötəmədi Hacı Murad Ağayev firqədən və vəzifədən əzl edilmişlərdir.

Kommunist vəhşiligi

“Zarya Vostoka” (№ 183) qəzetəsinin verdigi məlumata görə Qarabağ vilayətinin Karyagin qəzasında kommunist təhsil məmurları köylülər üzərində qeyri insani vəhşətlər icra etməkdədirlər. Azərbaycanın hər yerində olduğu kibi burada da köylülər “ziraət vergisi, qazanc vergisi, istehsal vergisi və s. və s. vergisi verməkdən imtina ediyorlar. Məhəlli kommunist təşkilatının əmrilə köylülər ağaclara bağlanaraq döyülməklə, bodrumlara atılaraq sənələrlə ağır işkəncələrə məruz tutulmaqdadırlar. Sənələrlə davam edən bu vəziyyətə Kommunist firqəsi, icra heyəti, ədliyyə məmurları və s. göz yummuşlar, mərkəzə şikayət edənlər ölüncəyə qədər döyülmüş, hətta öldürülmüşdür”.

İxtilas

Azərbaycan əmələ-köylü müfəttişligi Azərbaycan balıq tresti müəssisəsində böyük miqyasda bir ixtilas (mənimsəmə) kəşf etmiş olduğundan balıq trestinin bütün məsul məmurları həbsə atılmışlardır. (“Zarya Vostoka”, № 183)

Petrol hasilatı

Azərbaycan Neft Komitəsinin “Petrol məhsulatı emalat” şöbəsini idarə edən prof. İ.İ.Elinin verdigi məlumata görə 1929-1930 sənəsi istehsal müddətində Azərbaycan petrolundan Bakı fabrika və emalatxanələrində 8.200.000 ton məhsulat emal ediləcəkdir. Petrol məhsulatlarından makina yağının ildən-ilə azaldığı və 1930 sənəsində 1.200.000 ton təşkil edəcəgi də ayrıca qeyd olunmaqdadır. (“Zarya Vostoka”, № 178)

Quluyev Xaliq

Səlyan Muğan vilayəti polis (milis) müdüri-ümumisi Xaliq Quluyev, sovet əleyhdarı və burjua sinfinə mənsub zümrələrlə sıxı münasibətdə olub kommunizm əleyhinə çalışdığı üçün vəzifəsindən və Kommunist firqəsindən əzl edilmişdir. (“Kommunist”, № 185)

Orduda təmizlik

Azərbaycan qızıl divizionunda olan Kommunist firqəsi təşkilatında avqustun ortalarında yoxlama icra edilmişdir. Komandan heyətindən 15 kommunistin təhqiqat nəticəsində milliyyətpərvər olduqları, Azərbaycan qızıl divizionunda kommu-nizm idarəsini yaymaqla müvəzzəf ikən sovet əleyhdarlığı yapdıqları, ideoloji imtahanında kommunizmi qətiyyən anlamadıqları meydana çıxdığı üçün Kommunist firqəsindən ixrac edilmişlərdir. İxrac edilənlər arasında politkom Qasımov dəxi vardır. (“Zarya Vostoka”, № 186)

59-ların işi

Azərbaycan ali məhkəməsində 59 adamın işinə baxılmağa başlanmışdır. Məhkəmədə 100 şahid iştirak ediyor. Məznunlar arasında Azərbaycan Neft Komitəsinin toprak şöbəsi müdürü, Suraxanı, Əmircan, Bülbülə, Ramana icraiyyələrinin rəisləri dəxi vardır.

59-lar Bakı petrol sahəsində, petrol üçün istifadə edilən ərazi üçün sabiq sahiblərini ərazinin müqabilini ödəmiş, Azərneft kassasına 10 minlərcə ziyan vurmuşlardır.

59-lar, sosyalize edilmiş yerləri yenidən satın almaqla bərabər, bir çox “ölü yerlər” üçün də böyük miqdarda paralar sərf etmişlərdir.

Yuxarıda adları keçən köylərin köylüləri də məhkəməyə cəlb edilmişdir. (“Zarya Vostoka”, № 186)

Günün qəhrəmanları

Əski kommunistlərin heyəti mərkəziyyə, Bakı və qəza komitələrilə komissarlıqlardan, sovetlərdən və məsul vəzifələrlə kommunist partisindən atılmaları üzərinə Azərbaycanda meydan tamamilə ruslara qalmışdır. Azərbaycan müqəddəratı bu günə qədər felən olduğu kibi, rəsmən dəxi ruslar əlindədir. Azərbaycan qəzalarına Bakıdakı rus əmələsindən mürəkkəb, qəza və köy sovetlərini idarə etmək üçün, “əmələ müfrəzləri” göndərilməkdədir.

Türklərdən bu gün “günün qəhrəmanları” Ruhullah Axundov, Həbib Cəbiyev, Sultan Məcid Əfəndizadə, Əli Yusif Cəfərov, Teymur Hüseynov və Dadaş Bünyadzadədir. Qəza komitələrini təmizləyən və 3 kişidən ibarət heyətin 2 əzası Teymur Hüseynov ilə Əli Yusif Cəfərovdur. Heyətin başında Moskvadan təyin edilmiş Nikitin nam bir rus durmaqdadır.

“Odlu-Yurd”, Birinci təşrin (oktyabr) 1929, № 8

Çingiz İldırımın aqibəti  

Keçən nüsxələrimizin birində təmizlik nəticəsində azad edilənlər miyanında  posta teleğraf komissarı Çingiz İldırımı da qeyd etmişdik. Qafqasiya sovet mətbuatının verdigi mütəmmim məlumata görə Mərkəzi Kommunist firqəsi təmizlik yapan komisyonun Çingiz İldırımın firqədən çıxarılması, Azərbaycan və Zaqafqasya İcraiyyə Komitəsi əzalığından və ələlümum bütün vəzifələrdən azad edilərək məhkəməyə verilməsi haqqındakı qərarını təsdiq etmiş və yerinə əmələdən yetişmə bir rusu təyin etmişdir. Çingiz rus bolşeviklərinin Azərbaycanı istilalarına surəti məxsusa da hizmət etmiş bir adamdır.

“Odlu-Yurd”, təşrini sani (noyabr) 1929, № 9

Müfrəz - dəstə
Əzl - işdən çıxarma
Məznun - təqsirləndirilən
Mütəaqib - ardınca, arxasınca
Mötəməd - nümayəndə, vəkil
İxtilas - mənimsəmə, oğurluq

MƏTBUAT VƏ KİTABİYAT

Əcayib etirazlar

“Dni” qəzetəsində intişar edən A.Hondkaryanın məhud məqaləsinə Ukrayna istiqlalçılarının Parisdə təb olunan “Trizub” məcmuəsində yuxarıkı başlıq altında qayət gözəl bir cavab verilmişdir. Pək yerində bulduğumuz bu kəskin cavabı eynən nəql ediyoruz:

“Dni” qəzetəsinin 59 nömrəli nüsxəsində “həqiqi ruslardan” erməni A.Hondkaryan “Türkiyə hizmətində” nam məqaləsində Türk millət xadimlərindən İdil-Ural müməssili Ayaz İshaqi ilə Azərbaycan firqəsi “Müsavat” lideri Rəsulzadə bəylərə Rusiyaya məhkum millətlər konqrası haqqında verilən muxtarayi imza etdiklə-rindən dolayı hücum etməkdədir.

Birinci etiraz - Rus vətənsevərliginin və rus mənafeini güdmənin bu adamlarda olmadığınadır. Çox haqlı və diqqətə dəgər bir etiraz. Fəqət Hondkaryan kiçicik bir nəsnəyi unutmuşdur. Nə Ayaz İshaqi, nə də Rəsulzadə rusiyalı degildirlər və rus vətənsevərliginin onlara bir şərəf vermədigi kibi, Hondkaryanın kəndisi də verəməz!

İkinci etiraz - Bu adamların türkofilliklərinə Türkiyəyə qarşı təvəccöhlərinədir. Hondkaryan bu etirazı kəndi millətdaşlarından ermənilərə etsəydi anlardıq. Bir erməni üçün türk mühübbi olmaq, bəlkə də milli erməni mənfəətilə qabili-təlif olamaz. Fəqət ötəkilərin münasibatı böyləmidir? Bunlar eyni irqdən olub o dərəcədə qarabətə malikdirlər ki, hətta lisanları ilə dinləri də eynidir. Ortodoks ruslarmı, yoxsa irqdaş və dindaş türklərmi tatarlara (məqsəd Rusiyadakı türklərdir) daha yaxındır?

Avstriya-Macarıstan imperatorluğu əsarətində bulunduqları zaman çexlərlə slovaqlar üçün rusofillik nə qədər təbii isə tatarlar üçün də türkofillik o dərəcə təbiidir. Çexlərin “böyük Rusiya” ilə birləşmək xəyalını daşıyan adamları vardı və germanlığın “Dranq nach osten” siyasətinə ancaq bu surətlə qarşı qoyula bilinəcəgini ümid ediyorlardı. Şübhəsiz bunlar Avstriya gözündə vətən xaini adamlardı, fəqət çexlər gözündə isə bunlar ancaq kəndi qüvvətlərinə degil Rusiya qüvvətilə yardımına güvənən sadədillər idi.

Hondkaryan İshaqinin sözlərini nəql ediyor: “Müharibə əsnasında Rusiya türkləri bəzi üsyanlar çıxarmışlar. Türk cinsindən olan bəzi zabitlərlə əskərlər Türkiyə cəbhəsindən Avstriya və Almaniya cəbhəsinə nəql olunmuşlar və bəzən də kəndi arzularilə Türkiyəyə əsir düşmüşlərdir. Hondkaryanı dəhşət alıyor: “demək ki, Rusiyaya qarşı xəyanət, ordu əqabəsində üsyan və düşmən cəbhəsinə firar varmış!”.

Sanki müharibə əsnasında bütün cəbhələrdə çexlərin alaylarla Rusiya tərəfinə keçdiklərindən Hondkaryanın xəbəri yox?

Böyük müharibədə cəbr və qüvvətdən başqa hanki saik rus olmayan millətləri rus imperyalizmini müdafiəyə sövq edə bilirdi? İdil boyu tatarlarına bu Rusiya nə vermişdir? Hanki hissiyyat ilə və hanki xatirə naminə bunlar Rusiya hüdudunu müdafiə edəcəklərdi?

Əski tarixdən xatırlanacaq Yavuz İvanın Kazan təxribi, qızıl ordunun imhası - hər rusun köksünü qabardaraq ona bir nəşə verir: fəqət bu hadisə bir Kazan tatarının qəlbinə acı hissiyatdan başqa nə təlqin edə bilir?

Bilxassə ki - denasyonalizasyon, milli inkişafa məmaniət, iqtisadi təzyiq siyasəti rusdan olmayanları ikinci mövqedən bir vətəndaş halına qoyduğu, qeyri rus millətlərdə tarixin buraxdığı bu kibi acıları unutdurmaq mahiyyətdə də degildi!

Hondkaryan Rusiya mənafeini böyük bir hərarətlə qoriyor. Hondkaryanın yazdığını hakimiyyət və ağalıqdan vaz keçəməyən hər hanki bir rus dəxi yaza bilir. Bu bəlkə də təbii olurdu. Hondkaryan ermənidir. Rusiya imperyalizminin onun ağzı ilə müdafiə olunuşu yapmacık kibi görünüyor. Onun bu hərəkəti ancaq bir nifrət və istiqrah ilə qarşılana bilir. Çünki kəndi millətini istila edən yabançı bir millətin dəlqəvuqluğunu yapanlar bundan başqa bir müamiləyə layiq degildirlər.

“Odlu-Yurd”, birinci kanun (dekabr) 1929, № 10

Mühibb - məhəbbət bəsləyən, sevən
Əqalə - arxa tərəflər
Firar - qaçma
Saiq - səbəb, keyfiyyət
İstiqrah - ikrah

İXTİLAL VƏ DİKTATORLUQ 

İxtilal və əksi-ixtilal, inqilab, diktatorluq və demokrasi hakimiyyəti...

Bolşeviklər, Kommunist firqəsinin diktatorluğu əleyhində olan hər bir hərəkata “ixtilal əleyhdarlığı” - deyə bir damğa vururlar. “Çeka”ya, Q.P.U.-ya 14-cü ildir qan və ölüm metoduna istinadən yox dərəcəsində olan bir əqəliyətin hakimiyyəti mütləqasını, kommunist oliğarşisini davam etdirmək istəyən kommunistlərə görə bir səltənətçi monarşist ixtilal və inqilab əleyhdarı olduğu kibi bir sosyalist, hətta demokratik bir cümhuriyyətçi mürtəce bir ixtilal əleyhdarından başqa bir şey degildir.

“Kontr revolyusioner - ixtilal əleyhdarı!...” Bu artıq kommunist əleyhdarı hər kəsə verilən ümumi bir isim olmuşdur. Hətta kommunistlərin nəzərində monarşistlər kibi ixtilal əleyhdarı ədd olunan Türkiyə Cümhuriyyəti demokrat mühərrir-lərindən bəziləri kommunistləri, yalnız kommunistləri “ixtilalçı” olmaq üzrə qəbul edər, digərlərinə, hətta kəndlərindən daha sol və radikal cümhuriyyətçilərə, bolşevik baxışı ilə “ixtilal” əleyhdarı damğasını vurmaqda tərəddüd göstərmiyorlar.

Halbuki ixtilal, hər bir rejimi dəyişmək üçün vaqe olan bir təşəbbüsdür. İxtilalın, yalnız müxtəlif rəngləri vardır. Bunlardan yalnız hürriyyət, demokrasi, cümhuriyyət, səadəti ümumiyə və ədalətin təsisinə mütəvəccöh olanlarına elim lisanında həqiqi ixtilal və inqilab ismi verilmişdir. Rusiyada hürriyət, ədalət, cümhuriyyət və demokrasi hakimiyyəti degil, tam mənasilə bir diktatorluq vardır. Əcəba hürriyəti boğan, hər kəsi basıb kəsən və yalnız imha və işkəncə makinjasına istinadən hakimiyyətini mühafizə edən diktatorluq, hürriyət və demokrasi naminə mücadilə edənlərə “ixtilal əleyhdarı” deyə bilirmi?

Müstəbidlər, heç olmazsa, ixtilalı rədd edərlərdi. Komunislər isə “ixtilal” kəlməsini bənimsəyərək onunla ehtikar yapıyor və “ixtilal” bayrağı altında insanlığı, hürriyəti, ədalət və demokrasiyi amansızcasına boğuyorlar. Əcəba diktatorluq nədir? Və inqilab ilə onun nə kibi əlaqəsi ola bilir?

Bu sorğuya Alman sosyalistlərindən məruf Kautski yeni nəşr etmiş olduğu “Bolşevizm çıxmazda” nam əsərində qəti bir lisanla cavab verməkdədir.

Kautski çox diqqət və müəyyən bir metod və sistem üzərinə bolşevik diktatorluğunu, onun siyasi, ziraət və sənaye sahəsindəki fəaliyətini, köylüyə və əmələyə olan münasibətini təhlil edərək, hər sahədə yalnız bir nəticəyə gəliyor və diktatorluğun ixtilal və inqilab əleyhdarlığı olduğunu qəti bir lisanla iddia ediyor.

Sovet diktatorluğu, hürriyət, ədalət və insanlıq naminə nə varsa boğub məhv etdigi üçün tam mənası ilə bir irtica, bir istibdad və ixtilal əleyhdarlığı olduğu kibi, diktatorluq ilə mücadilə edən həqiqi demokratlar və radikal cümhuriyyətçilər ixtilalın həqiqi müməssillərindən başqa bir şey degildirlər.

Rus sosyalistlərinin Kommunist firqəsinin diktatorluğuna iki türlü baxışları vardır. Bir qismi bolşevizmi devirməgə mətuf hərəkatları müzur və ixtilal əleyhdarlığı ədd ediyor, digəri isə onunla müsamehayi daha təhlükəli və demokrasiyə xəyanət biliyorlar, müsahiməyi daha təhlükəli və demokrasiyə xəyanət biliyorlar. Kautskinin əsəri ruslar arasındakı bu ixtilaflı məsələyi yenidən meydana çıxarmışdır. Diktatorluğun təkamül yolilə demokratizə edilməsini bəkləyənlər diktatorluğun zorla devrilməsini istəyənlərlə bərabər, rus olmayan millətlərin bolşeviklərin diktatorluğunu sarsan mücadilələri qarşısında şimdiki istibdad rejimini müdafiəyə qədər gediyorlar.

Rusiyanın vəhdəti, rus imperyalizminin hökümranlığı naminə sosyalist Dan və Abramoviç Stalini, ixtilalçı Kerenski isə Kirili belə “ixtilalçı” ədd ediyorlar.

Çünki rus zehniyyəti böylədir, başqa türlü olamaz.

Rus olmayan millətlərin istiqlal, cümhuriyyət və demokratik hərəkətləri qarşısında onlar “ixtilal” naminə imperyalist olmağı daha “insani” ədd edərlər.

M. (Mustafa Vəkilli)
“Odlu-Yurd”, İkinci Kanun (yanvar) 1930, № 24

Mətuf - əyilmiş, bir tərəfə doğru dönmüş
Müsamihə - bağışlama, əfv etmə

Acı xatirələrdən

Ana

”Osobı otdelə” (“Çeka”dan daha müdhiş bir yer) götürdülər. Soyuqlu bir gün. Sabah erkən baxdım, gənc, əsmər, zəif bir qadın, bir məmurla qoşa-qoşa gediyor. Minlərcə edamlar əmri vermiş ölüm  konselyariyasına sevinərək gediyor.

Bu qadının böylə gedişi bəni çox maraqlandırdı. Bunun kim olduğunu sordum, dedilər ki:

Bu bir Azərbaycan zabitinin qarısıdır. Qocasını bolşeviklər başqa bir şəhərdə tovqif etmişlər və sonra da öldürmüşlərdir.

Bu qadın qocasına təsəlliamiz bir məktub yazmış.

Bolşeviklər qadını məktub yazdığı üçün və ixtiyar qayınatasını da məktubu göndərdigi üçün tovqif etmişlərdir. Qadının bir südəmər çocuğu vardır. Gündə 3 dəfə çocuğa məmə əmməgə götürüyorlar.

Gənc ana da yavrusunu görmək üçün böylə qoşuyor.

Bu qadın qaç gün böylə qoşaraq gediyordu!..

Onu hər gün çocuğuna götürən məmur bir gecə yanına gəldi, ona amiranə 3 kəlməlik bir söz söylədi:

- Əcələ əşyanı topla!

Qadın əşyasını topladı və getdi.

Bu 3 kəlmədən ibarət olan cümlə ilə gedənlərin yüzdə doxsanının ölümə getdigini bildigimiz halda bu gənc ananın dəxi ölümə getdiginə bir dürlü inanamıyorduq.

O biri gün sabahları qadını çocuğuna götürən məmurun çocuğu götürən adama söylədigi 3 kəlmə:

- Çocuğu daha gətirmə!

Cümləsi bu gənc ananın edam edildiginə bir işarət idi.

İxtiyar baba və qayınata həbsxanənin bir köşəsində oturaraq heç bir söz söyləmədən ağlıyorlardı. Göz yaşları ağ saqqalından üzərinə tökülüyordu.

Məhbuslar da onun ətrafına toplanmış, heç bir söz söyləmədən bəzisi kinli-kinli baxıyor, bəzisi də ağlıyordu.

Ölüm dügünü

Bəni bir böyük həbsxanəyə götürdülər.

Bəndən əvvəl gəlmiş arkadaşların bulunduqları odaya girdim, 6 kişilik odaya 12 kişi yerləşdirilmişdi.

Axşam oluyordu.

Part, part, part dəhşətli bir avtomobil gurultusu

- Bu nə?

- Ölüm avtomobili.

- Ölüm avtomobili nə demək?

- Əskəri inqilab məhkəməsinin rəisi yəhudi Hacı İlyasın avtomobili.

- Gurultusu neçün?

- Edama götürülənlərin səsləri eşidilməmək üçün.

Arkadaşlar bu sözü der-deməz, birisi təpsi, biri bakir tabaq və digərləri də başqa şeylər alaraq çalmağa və şərqi oxumağa başladılar.

Bən şəşələndim və bu nə oxumaq deyə sordum.

Bənə sən də oxu! - dedilər.

- Şimdi ölümə məhkum olanları avuldan çıxaracaq və həbsxanənin arxa-sında, dəniz sahilində qurşuna düzəcəklərdir.

Onların avuldan gedərkən bağırtılarını və edam edilərkən yalvarmalarını və dualarını və qurşunların səslərini eşitməmək üçün hər gün böylə yapmaq məcburiyyətində olduqlarını əlavə etdilər.

Bən oxuyamadım, çünki edama götürülənlərin səsi avuldan və sonra yenə onların və onları öldürən qurşunların səsləri dışarıdan eşidiliyordu.

Bu ölüm dügünü hər axşam davam ediyordu.

Havalar sıcaqlaşdıqca dərin gömülməmiş edam edilənlərin fəna qoxusu həbsxanəyə gəliyordu.

Bir gün məhbuslar Hacı İlyasdan ufaq bir ricada bulundular.

Edam edilənlər daha uzaq bir yerdə edam edilsinlər ki, məhbuslar onların və onları öldürən qurşunların səslərini eşitməsinlər və bir də ölüləri bir az dərincə gömsünlər.

Hacı İlyas qızaraq dedi ki, bu sizin qarışacağınız iş degildir. Bən istərəm burada öldürür və burada da buraxaram.

Dəmirçioğlu (Məmmədəli Rəsulzadə)

“Odlu yurd” 27 nisan (aprel) 1930, №14 

Son poçta

Mirzoyanın əzli

Son poçta ilə aldığımız məlumata görə Azərbaycanın diktatoru Levon Mirzoyan vəzifəsindən əzl edilərək Moskvaya çağırılmışdır.

Mirzoyan rəsmən Azərbaycan əmələ və profesyonal birliklərilə Azərbaycan Kommunist firqəsi Bakı komitetinin rəisləri bulunuyordu.

Həqiqət halda isə Levon Mirzoyan Azərbaycan Kommunist firqəsinin rəsmi rəisi və məruf Kirovdan sonra felən diktator vəziyyətində idi.

Mirzoyan son zamanlarda Azərbaycan türk kommunistlərinə, bilxassə Azərbaycan kommunist gəncliginə qarşı düşmənanə bir vəziyyət almış, son konqre və kampaniyalarda Azərbaycan türk kommunistlərinin həmən ümumiyyətləri etibarilə milliyyətçi və Azərbaycan seperatisti olduqları tezisini meydana atıyordu.

Rus mühacirətinə müqavimət edən və guya Azərbaycanı müstəqil bir industire məmləkəti yapmaq istəyən Azərbaycan kommunistlərinin hərəkətini “müsavatçılıq” deyə adlandırmış və bu hərəkatla şiddətli mücadilə eyləmək lazım gəldigini qeyd edərək “təmizligə” başlamışdı.

Mirzoyan çıxışlarında və əqd etdigi konqrelərdə “milliyyətçi köylü Azəri-türk dənizi ilə bürünmüş proletar Bakının təhlükədə olduğunu” bəyan edərək Azərbaycan qəzalarındakı kommunist təşkilatçıları ilə köy və şəhər sovetlərini Bakı rus əmələsindən təşkil olunacaq “proletar müfrəzələri” (dəstələri) kontrol və idarəsinə verməgi lazım bilmiş, bu xüsusda martda vüqu bulan Azərbaycan Kommunist firqəsi konqresində bir qərar çıxarmağa dəxi müvəffəq olmuşdu.

Son təmizlik hərəkatında Mirzoyanın təşəbbüsü ilə Azərbaycan Kommunist firqəsindən əski türk kommunistlər tərd (uzaqlaşdırma) edilərək məsul məqamlar rus, erməni və yəhudilərə verilmişdir.

Moskvaya çağırılan Mirzoyanın yerinə şimdiyə qədər Moskvada bulunan sabiq daxiliyyə komissarı və “Çeka” rəisi Bağırovun təyin olunacağı söylənməkdədir.

“Odlu yurd”, avqust 1929, №6

Son poçta

Qəzetələrdə

Son poçta ilə aldığımız Bakı qəzetələrinin yazdıqlarına görə (“Kommunist” №182) son təbəddülatilə əlaqədar olaraq “Bakinski raboçi” ilə türkcə “Kommunist” qəzetələrinin heyəti-təhririyyə və məsul müdirləri dəxi vəzifələrindən əzl edilmişlərdir. “Bakinski raboçi”nin məsul müdiri Lifşitsin yerinə 3-4 ay əvvəl maarif komissarlığından əzl edilən sol kommunistlərdən Ruhullah Axundov, “Kommunist” qəzetəsi məsul müdirləri Əhməd Bedi ilə Yusif Qasımo-vun yerinə də eyni qəzetənin sabiq müdiri trotskiçi Həbib Cəbiyev təyin edilmişlərdir.

Azərbaycan Kommunist firqəsi kontrol heyəti

Azərbaycan Kommunist firqəsi mərkəzi kontrol komisyonu rəyasətinə Rusiya əski bolşeviklər cəmiyyəti katibi Nemsov, katibliginə Vano Strua təyin edilmişdir. Mərkəzi komisyonun 15 əzasından 10-u rus, 5-i də türk əmələdir. Türklər arasında əski kommunistlərdən kimsə yoxdur. Kontrol komisyonu icra heyəti rəya-sətinə Anaşkin təyin edilmişdir.

26.000 türk qadını

1933 sənəsinə qədər Azərbaycan ağır dövlət sənayesində 26.000 türk qadın işçi bulunmasına qərar verilmişdir.

3-cü sənaye istiqrazı

Rusiyanın tərtib etdigi üçüncü sənaye istiqrazından bu sənə Azərbaycanda 14.500.000 manat toplanmışdır.

63%

Naxçıvan və Lənkəran vilayətləri xaric olmaq üzrə bütün Azərbaycan daxilində xüsusi ticarət ərbabının 63%-i ticarətdən məhrum edilmiş və sərvətləri haciz edilmişdir. Bu vaxta qədər topraqları zəbt edilən hallı köylülərin miqdarı, Naxçıvan xaric olmaq üzrə 19.415-ə baliğ olmuşdur.

Çikalo kimdir?

Azərbaycan diktatorluğuna təyin olunan N.F.Çikalonun kim olduğu haqqında son poçta ilə aldığımız Bakı qəzetələri ətraflı məlumat verməkdədirlər. Çikalo 1897 sənəsində Odessa şəhərində doğulmuş, ixtilaldan sonra 1917 sənəsində Kommunist firqəsinə daxil olmuşdur. Gəncligini Qroznı (Dağıstan), Tiflis və Batumda keçirmiş olan Çikalo 1923 sənəsinə qədər Dağıstan Kommunist firqəsi katibi-ümumisi, 1924 sənəsinə qədər Rusiya Kommunist firqəsi Cənubi-Şərq şöbəsi müdiri, 1925 sənəsində Şimali Qafqasiya Ölkə Kommunist firqəsi katibi, 1927 sənəsindən Bakıya gələnə qədər Türküstan Kommunist firqəsində və Özbəkistan Kommunist firqəsi mərkəz komitəsi katibi olmuşdur.

Köylüləri dögüyorlar

Moskvada çıxan “Krasnaya qazeta”nın yazdığına görə Azərbaycanın Bakı vilayəti daxilində köylərdən zorla silah toplanmasına başlanmışdır. “Cəza dəstələri” silahı olmayan köylüləri ağaclara sararaq dögüyor və işgəncələr altında silah verməgə məcbur ediyor.

Silahsız köylülər var-yoxlarını sataraq ətrafdan silah alıb sovet hökumətinə təslim etməgə məcbur oluyorlar. Ümumiyyətlə Bakı, Şamaxı və Quba qəzalarında gündən-günə artan köylü müxalifləri sovet hökumətini əndişəyə salmışdır.

Yağma

Bakıda çıxan “Kommunist” (№163) qəzetəsinin yazdığına görə bu il kanuni-əvvəldən bu vaxta qədər Xəzər dənizi təriqilə Rusiyaya 5.460.000 ton petrol və məhsulatı sövq edilmişdir.

Ziraət vergisi

Azərbaycanın köy ziraət vergisi olmaq üzrə bu il Azərbaycan köylərindən 4.730.000 manat vergi toplanmışdır.

Azərbaycanın nüfusu

“Zarya Vostoka”nın (№184) verdigi son məlumata görə son statistikaya görə Azərbaycanda türklər ümum əhalinin 74,7%-ni təşkil ediyorlar. Böyük şəhər əhalisinin 54,7%-ni, qəza şəhərlərilə qəsəbələrin 85,9 faizi türkdür. Azərbaycan dövlət müəssisələrindəki məmurların 56,6 faizini türklər təşkil etməkdədir.

“Odlu yurd”, eylül (sentyabr) 1929, №7

(Ardı var)  

 





23.10.2017    çap et  çap et