525.Az

Mübariz Qurbanlı beynəlxalq kilsə direktoruyla görüşdü


 

Mübariz Qurbanlı beynəlxalq kilsə direktoruyla görüşdü<b style="color:red"></b>

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən "Həyat sözü" beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm ilə görüşüb.

Dini komitədən verilən məlumata görə, M.Qurbanlı Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini, milli münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, tolerant və multikultural mühitin qorunub-saxlanılması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.

Dövlət komitəsinin sədri müsəlman və qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maliyyə yardımının ayrıldığını və Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini vurğulayıb.

Dövlət komitəsinin "Həyat sözü" icması ilə yaxından əməkdaşlıq etməsindən məmnunluqlarını ifadə edən qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, icmaların fəaliyyəti üçün yaradılan sağlam mühiti xüsusi olaraq qeyd edib.

Ceyhun ABASOV

 





24.10.2017    çap et  çap et