525.Az

Kürdəmirdə 78 yaşlı kişi özünü öldürdü


 

Kürdəmirdə 78 yaşlı kişi özünü öldürdü<b style="color:red"></b>

Azərbaycanda 78 yaşlı kişi özünü öldürüb.

Bu barədə APA-ya Kürdəmir Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Mollakənd kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü İnqilab Zehni oğlu Əyyubov sirkə turşusu içərək özünə qəsd edib. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 





03.10.2012    çap et  çap et