525.Az

“Dini ekstremistlərə qarşı əməliyyatlar onları maliyyələşdirənləri ayıltmalıdır”


 

“Dini ekstremistlərə qarşı əməliyyatlar onları maliyyələşdirənləri ayıltmalıdır”<b style="color:red"></b> “Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”.
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır:

“Bu cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əskik etməyəcək. Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.
 
Qeyd edək ki, DTX-nın oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyatla Bakıda terror aktı törətməyə hazırlaşan dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş 3 nəfər məhv edilib.
 





26.10.2017    çap et  çap et