525.Az

Tarix Muzeyinin 100 illik yubileyinə hazırlıq gedir


 

Tarix Muzeyinin 100 illik yubileyinə hazırlıq gedir<b style="color:red"></b>

Milli Azərbaycan Tarixi Muzeyin 2020-ci ildə 100 illiyi ilə bağlı Muzey tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Muzeyin rəhbərliyi, şöbə və fond müdirləri, həmçinin elmi işçilərin iştirakı ilə keçirilən iclasda 2018-2020-ci illər ərzində Muzeyin daimi ekspozisiyasının təkminləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək yubiley ərəfəsində Muzey qarşısında dayanan vəzifələr barədə danışıb, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlayıb.

Daha sonra daimi ekspozisiyanın təkminləşdirilməsi üzrə işçi qrupu təşkil edilib. Qrupun rəhbəri təyin olunmuş tarixçi Səbuhi Əhmədov qarşıda dayanan məsələlərdən danışıb, iş bölgüsü aparılıb.

Daimi ekspozisiyanın təkminləşdirilməsi 2008-2017-ci illər ərzində Muzeyə daxil olmuş yeni eksponatlar hesabına, Vətən tarixşünaslığının son nailiyyətləri nəzərə alınmaqla müasir muzeyşünaslıq tələblərinə uyğun olaraq həyata keçiriləcək.

ŞAHANƏ

 





26.10.2017    çap et  çap et