525.Az

Xoreoqrafiya Akademiyası beynəlxalq musiqi və rəqs konqresində


 

Xoreoqrafiya Akademiyası beynəlxalq musiqi və rəqs konqresində <b style="color:red"></b>

Oktyabrın 20-dən 22-dək Türkiyənin Marmaris şəhərində Marmaris Bələdiyyəsi, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Musiqi Akademiyası və Bolqarıstanın Sofiyadakı Vasil Levski adına Milli İdman Akademiyasının təşkilatçılığı ilə III Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib.

Xalqların musiqi və rəqs sahəsində milli ənənələrinin qorunması, tədqiqi və təbliği məsələlərinin aktuallaşması və gələcək perspektivlərinin müəyyən edilməsi məqsədi daşıyan bu konqresin təşkilat komitəsinin həmsədri Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev olub.
 
Konqresin işində Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova uğurla iştirak edib.

Konqresin açılışında salamlama nitqi ilə çıxış edən S. İbrahimova onun musiqi və rəqs sənəti ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından mühüm tədbirlərdən biri olduğunu vurğulayıb.

Azərbaycanda xoreoqrafiya sənəti və təhsili, onun inkişaf mərhələlərindən danışan S. İbrahimova, Bakı Xoreoqrafiya Akademiyasının 90 illik fəaliyyəti ərzində bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Sonra Şərqin ilk balerinası Qəmər Almaszadə və Şərqin ilk baletinin bəstəkarı Əfrasiyab Bədəlbəyliyə həsr olunmuş “Prima və Maestro” xoreoqrafik kompozisiyadan videofraqmentlər nümayiş etdirilib.
 
Bölmələr üzrə davam edən konqresdə akademiyanın prorektoru ilk öncə çağdaş sənət menecmenti mövzusunda məruzə ilə çıxış edib, daha sonra isə xalq rəqsləri bölümünün moderatoru olub.

 

 





26.10.2017    çap et  çap et