525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

ÜÇÜNCÜ İL

“Odlu Yurd” üçüncü ilinə giriyor. Və bu il başını pək müstəsna bir zamanda dərk etməkdədir. “Yeni Qafqasiya ilə başlayan Milli Azərbaycan nəşriyyatının 8-ci ilini təşkil edən bu 3-cü ilimizə (ayaq) basarkən, əninlərinə (iniltilərinə), fəryadlarına, haq və hürriyyət üçün milliyyət və istiqlal üçün, demokrasi və cümhu-riyyət naminə qoparılan fəğanlarına tərcüman olduğumuz əziz vətənimizlə, qəhrəman millətimiz qanlar içərisində çırpınmaqdadır. Başda Azərbaycan olmaq üzrə bütün Qafqasya, bütün Türkistan, Ukrayna, Krım, Kazan və Başqırd eli köylü üsyanlarilə istila edilmiş, qanlı, pək acıqlı ölüm-dirim mücadiləsinə atılmışdır. Bilxassə Azərbaycanda keçən sənədən bəri davam edən köylü üsyanları daha qanlı bir şəkil almışdır. Bu mücadilələri, bu mücadiləyi doğuran həqiqi səbəbləri, bolşevizmin əsil mahiyyətini, bütün bəşəriyyət üçün, o cümlədən, bütün Şərq üçün, bilxassə həmhüdud bulunduğu Türkiyə və İran üçün təşkil etdigi təhlükəyi Şərq və cahan əfkarı-ümumiyyəsinə ərz etmək yolunda davam edən bu məsainin (səylərin) gərək xaricdə, burada və İranda gərəksə daxildə, Azərbaycan və Qafqasiyada pək mühüm təsirlər icra etdigini görmək bizim üçün iftixarımızı mücib bir qazancdır.

Bolşevizmin nə böyük bir təhlükə təşkil etdigini artıq Türkiyə və İran mətbuatı da hiss etməgə və buna qarşı bir vəziyyət almağa başlamışdır. Bu bizim ən böyük qazancımızdan biridir.

Moskva imperyalistlərinin Azərbaycanda bir icraata təşəbbüs edərkən bizimlə hesablaşmağı unutmadıqları isə ayrıca qeydə şayandır. Fəqət bizim ən böyük müvəffəqiyyətimiz nəşriyatımızın milliyyətçi Azəri gəncligi üzərində icra etdigi təsirdir. Şərqin və Qərbin dörd bir tərəfinə yayılan və miqdarları gündən günə artan vətəncüda Azərbaycan mühacirlərinin, bilxassə onların qəhrəman gənc nəslinin bir növi mənəvi təşkil mərkəzi halına gəlməsi “Odlu Yurd”un ən böyük zəfərlərindən biridir.

“Odlu Yurd” Azərbaycan və Qafqasiyada cərəyan edən hadisələri Avropa və cahan mətbuatına əks etdirməkdə mənbəi həvadis rolunu oynamaqla təqib etdigi müqəddəs məfkurəyə çox hizmət etdiginə qane olmaq istər. Vaxtilə yalnız bulunan Azərbaycan nəşriyatı, şimdi, yanı başında həftəlik “Bildiriş” qəzetəsinə, “Yeni Türkistan”, Parisdə “Yaş Türkistan”, Krım türklərinin nəşri-əfkarı olan Ruminyada “Əməl məcmuəsi”, Berlində “Milli yol”, Şimali qafqasiyalıların “Qafqasiya dağlıları” kibi saysız və hesabsız mücadilə arkadaşlarına malikdir. Bunların və müştərək orğan “Promete”nin, ukraynalıların “Trizub” kibi nəşriyatı cahan mətbuatının çox təvəccöhlə bizə və milli davamıza göstərdikləri əlaqə arasında “Odlu Yurd” bir qat daha artan əzim və qeyrətlə fəaliyyətində davam edəcək, eyni zamanda “Bildiriş”lə əmək bölgüsü yaparaq, proğramına həvadisdən ziyadə məfkurəvi, harsi, elmi bir xarakter verməgə səy edəcəkdir. “Odlu Yurd”da “Yeni Qafqasya” tərəfindən elan edilən və “Azərbaycan Misaqi Millisi”nin ümdələrini təşkil edən yüksək prinsiplərdən aldığı müqəddəs həyəcanla başladığı davayı davam etdirəcək, milliyyət, demokrasi, cümhuriyyət, Azərbaycan istiqlalı və Qafqasiyanın konfederasyonu əsasını müdafiədə israr edəcəkdir.

“Odlu-Yurd”, mart 1931, № 1(26) 

TÜRKİYƏ HƏYATI

Ədəbiyyat münaqişəsi

“Pravda” ilə “Milliyyət” qəzetələri arasında çıxan münaqişə (ki nədən ibarət olduğu baş məqaləmizdə xülasə edilmişdi) İstanbul mətbuatında qızışan ədəbi bir münaqişəyə qarışaraq epey gurultuya mucib oldu.

Məsələ nədən ibarətdir?

Bir zamandan bəri qismən “Rəsmli Ay” məcmuəsində, qismən də bir az zamandan bəri təsis olunan və kəndisinə gənclik qəzetəsi namını verən “Hərəkat” qəzetəsində türk ədəbiyyatının məruf ustadlarına qarşı hücumlar vardır. Bu hücumları idarə edən zat “Rəsmli Ay” məcmuəsinin ədəbi-tənqid qismini yazan mühərrirdir. Bu mühərrir “R. Ay”ın nüsxəsində böyük şair Əbdülhəq Hamidi həziran nüsxəsində də milli şair Mehmet Emin bəyi “ibtal” eyləmiş və davam edəcək olan bu “ibtal” sırasına ümumi surətdə “Bütləri qırıyoruz” ünvanını vermişdir.

Bütləri qıran “mürsəlin” kim olduğu rəsmən bəlli degildir, çünki məqalələr imzasızdır. Fəqət münaqişə əsnasında bu yazıların komunist şair N.Hikmət bəyə aid olduğu ifşa edilmişdir. Zatən bu ifşa vüqu bulmasaydı belə, hücumdakı ifadə tərzi ilə tənqid metodunun Moskva məktəbinin məhsulu olduğunu görmək müşkül degildi. Tənqidin radikal bir inqilabçılıq tabiyəsi ilə kuyu (hansı) sinif görüşündən baxılaraq icra edildigi həmən yazının hər sətrindən görülməkdədir. Mühərrir bu xalisü-xülləs komunist görüşünə o qədər mərbutdur ki, hətta “xalq ədəbiyyatı” istilahını belə müqəddəs üsula qarşı günah işləməsin deyə “bizdə qullanılan təbirlə” şərt cümləsini qullanmadan işlətmiyor. Ona görə milli lisan və ədəbiyyat yox, yalnız sinfi lisan və ədəbiyyat vardır. (Proletkult)

Mazi düşmənligi

“Hamid və Emin bəylər şimdiki halda bugünki ədəbi ehtiyacları tətmin etmiyorlarsa da, müəyyən bir dövrdə milli və ictimai mühüm rollar oynamış adamlardır. Bu maziyə olsun ehtiram edəlim, tənqidlərimizi təcavüz və təzyid şəklinə qoymaqdan saqınalım” deyənlərə “bütləri qıranların” cavabı şudur: “Bizim üçün bir saat əvvəlki an belə mazidir. Yeni nəslin müməyyiz vəsfi maziyi tanımama-sıdır. Gəncligin vəzifəsi maziyə hörmət etmək degil, onu yıxmaqdır...”

Böylə hər dürlü qeydi qüyutdan ari mütləq bir mazi düşmənliginin yapıcı degil, yıxıcı bir qüvvət olduğu meydandadır. O qədər meydanda ki, bir saat əvvəl yapılanı belə mazi deyə yıxmağa hazırdır. Halbuki yıxılması zəruri və buna görə də faydalı olan maziyə aid müəssisə ictimai vəzifəsini yaşamış, bitirmiş olan müəs-sisədir. Bir saat əvvəlki müəssisə isə hənuz vəzifəsini görməgə başlamış ikən onu da yıxmaq, ona da hörmət etməmək lazım gəlirsə həyatımızda istiqrar qalmaz və istiqrar olmayan yerdə tərəqqi və inkişaf degilən nemət də olmaz. Bu üsul bizi daimi ixtilala, digər təbirlə anarşiyə sövq edər. Maziyi şərtsiz və qeydsiz olaraq təqdis edər mürtəce mühafizəkarlar nə qədər qəflətdə isələr, onu eyni surətdə inkar edənlər də eyni qəflət və zəlalətdələr.

Milli bir şeir

Bu qəflət əsəridir ki, kəndisinə milliyyətçi və demokrat deyən və üzərinə atılan kommunizm töhmətini min bir lənət və nifrətlə rədd edərək kommunizm rejiminə qarşı söyüb-sayan “Hərəkat” qəzetəsi “Alov yağmuru” şeirini “milli bir şeir” kibi tələqqi ediyor. Türk xalqının xocadan və mütəğəllibədən çəkdiyi məlum. Buna görə də köylüyə “Yumruğunu qaldır, müstəbidin qafasını qır!” - deyə təlqi-natda bulunan bir şeir onunca tam milli bir şeirdir.

Türkiyədə xalq hakimiyyəti və Cümhuriyyət idarəsi qurulmuş olmasaydı, o zaman bəlkə də bir milliyyətçi bütün millətə müsəllət olan istibdada qarşı köylüyü üsyana çağırmaq haqqını qazanardı. Halbuki “Hərəkat” da qəbul ediyor ki, şimdiki hökumət xalq hökumətidir. O halda mütəğəllibə istibdadı və onun baqiyatı mövcud isə - ki böylə olması bəid dəxi olamaz - onunla mücadilə edəcək Cümhuriyyət hökuməti şəklində mütəəzzib bir xalq vardır. Bu milli qüvvət varkən köylüyü bilavasitə hərəkətə çağırmaq siniflərin təsanüdünü tərvic etmək vəzifəsində olan millətçiligə yaqışmaz! Bu gediş ancaq hər dürlü maziyi inkar edən anarşistlərlə, sinif mücadiləsini təqdis edən komunistlərin gedişidir.

Ədəbiyyatdan siyasətə

Hər hankı ədəbi tənqid və münaqişə ictimai müəyyən bir hadisə və qiymətləri ifadə etdigindən ya müəyyən bir siyasətin şüurlu bir təşəbbüsü ilə vücuda gəlir və yaxud təhtəşşüur bir təsir ilə başlar və nəticədə müəyyən siyasətə inqilab edər.

Bəhsimizi təşkil edən münaqişə siyasəti çox əlaqədar edən bir zəmin üzərində, hər dürlü təvilə müsaid bir metodla cərəyan etdigindən, dərhal siyasi bir rəng almaq istidadında idi. Nitəkim öylə də oldu. H.Sübhi bəyin “Bütlər nasıl qırılır?” mövzusundakı həyəcanlı məqaləsi (ki bu nüsxəmizdə dərc edilmişdir) gəncliyi hərəkətə gətirdi. Gənclik kəndisinin komunistliklə əlaqədar olmadığını ümumi təzahüratla elana lüzum gördü.

Türk Ocağında təzahürat

Temmuzun 8-də əksərisi tibb fakültəsindən olan bir qism tələbə İstanbul Türk Ocağında ictima əqd edərək “Pravda”nın Türkiyə haqqındakı ittihamları ilə ədəbiyyat tənqidi şəklində türk milliyyətçiliginə qarşı vüqu bulan təərrüzü münaqişə etmişlər. Rusiya işğalı altında qalan millətlərin, əzcümlə qardaş və irqdaş Azərbaycanın kommunizm rejimi altında çəkdigi məzalim hərarətli cümlələrlə təsvir edilmiş. Türkiyədəki iqtisadi böhrandan bəhs edən küstax “Pravda”ya aləmə buğda verən Rusiyanın şimdiki halda Amerika buğdasına möhtac qaldığı və hərb zamanında imiş kibi şəhərlərdə ərzaq vəsiqələri tətbiq olunduğu qeyd olunmaq surətilə cavab verilmişdir. Natiqlər Türk gəncliyinin milliyyət və demokrasi ümdələrinə sadiq qalaraq kommunizmdən mütənəffir olduğunu əhəmiyyətlə qeyd edərək, nəticədə atidəki bəyannamənin mətbuatda təbliğinə qərar verilmişdir. İştə bu bəyannamə:

“Son zamanlarda məhdud bir qism mətbuatda zahirən ədəbiyyat münaqişəsi şəklində və “Bütləri qırıyoruz!” ünvanı altında yapılan, həqiqətdə ədəbiyyat münaqişəsi ilə saxladıqları kommunizm ruhunu əsl türk gəncliyinə mal etmək küstaxlığından çəkinməyən nəşriyyatı protesto etmək üçün biz darülfünun gəncləri bu gün Türk Ocağında toplandıq.

Əfkari-ümumiyyəyə qarşı şunu təşrih etmək istəriz ki, bu kibi nəşriyyatın əsl türk gəncliyi ilə qətiyyən əlaqəsi yoxdur. Şəxsi mənfəətləri və ehtirasları üçün əcnəbi fikirlərini utanmadan yazan bu vətənsizlər bilsinlər ki, nəzərimizdə yalnız mənfur şəxsiyyətlərdir.

Bütün millətin hörmət etdigi və möhtərəm tanıdığı simalara qarşı çox çirkin bir tərzdə yapılan nəşriyyat qarşısında da duyduğumuz dərin təəssürləri burada ələnən izharı bir borc bildik. Böyük şair Əbdülhəq Hamid, saçlarını milli həyəcanı ilə ağardan, təmiz və əsl Mehmet Emin, nəhayət, məmləkətin sənətkar qələmindən vətəni yazılar aldığı və istiqbal üçün də alacağı gənc və milliyyətçi nasirimiz Yaqub Qədri... Bunlar bizim hissimiz və qəlbimizdir. Onlara uzadılan hər mütəcaviz qələmi və əli qırmaq borcumuzdur.

Vətənsiz əfəndilər! Sevgilimizə təcavüz cəsarətini bir kərə daha göstərməyin. İcab edərsə daha müəssir surətdə görürsünüz ki, Türk vətəninin sevdigi adamlar vətənsizlərin təcavüzünə uğrayacaq kibi yalnız degillərdir”.

Türk Ocağında ikinci ictima

Yuxarıdakı bəyannaməyi nəşrə səlahiyyətləri olmadığını qəzetələrlə elan edən Milli Türk Tələbə birliyi rəisi Fərrux bəyin protestosu üzərinə Türk Ocağında ictima edən tələbə 2-ci dəfə olaraq atidəki bəyannaməyi nəşr etmişdir.

1. Milli və Vətəni duyğularda həssasiyyətini hər zaman və məkanda izhar etmiş bulunan Türk tələbəsi, son və mənfi hadisələr qarşısında və hətta mütləq bir təsanüdlə məşru və yekvücud bir kütlə halında olduğunu bir dəfə daha təkrar edər.

2. Keçənlərdə Türk Ocağında şüurlu və müdrik gəncliyin kəndi vicdanından qopan vətənpərvəranə təzahüratını bir bəyanatı ilə xəfifməşrəblik və qiymətsiz bir zümrənin mənasız bir nümayişi şəklində göstərmək qəflət və dəlalətində bulunan Milli Türk Tələbə birliyi rəisinin bu hərəkətini nifrət və lənətlə qarşıladığını bəyan edər.

3. Bu vəziyyət qarşısında Milli Türk Tələbə birliyi rəyasətinin mumaileyh tərəfindən təmsil edilməsini nəzih və əsl duyğularilə təlif edəmiyən gəncliyin Milli Türk Tələbə birliyi rəisi Fərrux bəyi rəyasətdən müttəfiqən iskata qərar verdigini ərz eylər.

4. Gəncliyin səmimi və milli təzahürlərini komediya şəklində tövsif küstaxlığında bulunan “Hərəkat” qəzetəsinin bu nəşriyyatını şiddətlə rədd eylədigini bəyan eylər. İctima rəisi mülkiyyə məktəbindən Sidqi - katib, tibb fakültəsindən M.Rəşid - katib, hüquqdan A.Firidun - katib, yüksək mühəndis məktəbindən İ.Ələddin.

Mətbuatın mütaliəsi

“Milliyyət” qəzetəsi “Pravda”ya müqabilə etməklə iktifa eyləmiş, ondan sonra gənclərin təzahürlərini təsbitlə qalmışdır...

“Vəqt” qəzetəsi münaqişə münasibətilə bir qaç məqalə və vərəqə nəşr eyləmişdir. “Vəqt”ə görə komunist olduqlarını etiraf edənlərin milli ədəbiyyatdan təbiətilə zövq bulamıcaqları aşikardır. Fəqət anlaşılmayan bir şey varsa, o da bu demokrasiyi inkar edən adamların burada demokrasidən istifadə edərək milli əsas-lara zərbə vurmaq istəmələridir.

Digər bir məqaləsində “Vəqt” baş mühərriri M.Asim bəy Türk Ocağındakı ictimalarda tələbələrdən bəzilərinin kəndilərinə komunistlik propaqandası yapılmaqda olduğunu qeyd etdiklərindən əhəmiyyətlə bəhs edərək şu mühüm sətirləri yazıyor:

“Cümhuriyyət Türkiyəsinin yarınki təməlini təşkil edəcək olan gənclər üçün “milliyyətpərvər bir cümhuriyyət əxlaqı” hazırlamaq və bu günün gənclərini yarın üçün tamamən bu əxlaq prinsiplərilə yetişdirmək vəzifəsi gəlir.

Bilxassə bu əxlaq məsələsinə pək çox əhəmiyyət verməmiz lazımdır. Bugünki Türkiyə ilə dünki Türkiyə bir degildir. Dünki Türkiyə ilə bunlar siyasi, ictimai, iqtisadi əxlaq tələqqilərinin bir qismi yıxılmış, bir qismi tamamən dəyişmişdir. Halbuki yıxılan prinsiplərin yerinə gələnlər, yaxud tamamən şəklini dəgişdirənlər məktəblərimizdə və məhfəllərimizdə gənclərə təlqin etmək üçün bir düstur halında tədvin edilmiş degildir. (“Vəqt”, №4129)

Ankarada intişar edən nim rəsmi “Hakimiyyəti-Milliyyə” qəzetəsi İstanbuldakı münaqişədən bəhs edən bir fəqərəsində əzcümlə şu mənidar cümləyi sərf etmişdir:

“Suyu bulandırıb da nə ovlayacaqlar, yaxud kimə ovlak hazırlıyorlar? Bunları hələ Türkiyədə görüb anlayacaq qədər kor qalmamışdır. Fəqət Cümhuriyyətin coşğun qaynağının suyu bir-iki kilo qara mürəkkəblə bulanacaq soydan degildir”.

Mətbuatın bu ümumi ahəngi içərisində yalnız “Cümhuriyyət” qəzetəsi idi ki, “Pravda” namında bir qəzetənin yazısına degil, səfirin Kalinindən gətirdigi salama əhəmiyyət veriyor, H.Sübhi bəyin çıxışını tənqid ediyordu. Bu məqaləsində “Cümhuriyyət” əzcümlə “Rusiyadakı irqdaşlarımızın müqəddəratı bizi qətiyyən əla-qədar etməz!” diyor. Fəqət “Pravda” nam qəzetənin Türkiyə əmələsi müqəddəratı ilə əlaqədar olduğu da əcəba “Cümhuriyyət”i əlaqədar etməzmi?!

Komunistlərin məhkumiyyəti

Təqlibi hökumət cürmündən məznun və İzmirdə çoxdan bəri mühakimələri davam edən komunistlərin haqqında 16 temmuzda qərar oxunmuşdur. Heyəti-hakimənin qərarına görə 24 şəxs aralarında cəmiyyəti-xəfiyyə təşkil etmişlər və xalqda hökumətə qarşı nifrət hisləri oyandıracaq yolda müxtəlif yerlərdə bəyannamələr asmışlardır. Qərarnamənin cəhəti-cəzaiyəsinə görə 3 kişi 4 sənə 7 ay, 2-si 4 sənə 6 ay, birisi 5 sənə, birisi 4 sənə 15 gün, on birinin dördü 4 sənə, dördünün 3 sənə 4 ay, üçünün ikişər 2 sənə, birinin 1 sənə məhkumiyyət və hüquqdan iskatlarına qərar verilmişdir. 10 kişinin də bəraətinə qərar verilmişdir. Məhkum olunanlardan 3-ü hali-firarda bulunuyorlar.

“Odlu yurd”, avqust 1929, №6 İbtal - ləğv etmə, puç etmə

Mürsəl - elçi
İfşa - aşkar etmə
Kuy - hansı, səmt, tərəf, istiqamət
Mazi - keçmiş
Təzyid - çoxaltma, artırma
Müməyyiz - fərq qoyan, ayıran
Qüyud - zəncirlər, bəndlər, qeydlər
Mütəğəllib - qalib, qələbə çalan
Bəid - uzaq, qəribə
Mütəəzzib - təəssübkeş
İnqilab - bir haldan başqa hala keçmə
Əqd - təşkil etmə
Küstax - sırtıx, arsız
Əcnəbi - yabancı
Təsərrüf - yiyələnmə
Məşru - layihə, plan
Mumaileyh - həmən
Nəzih - təmiz
Təqlib - döndərmə
Cürm - təqsir, günah

ƏHMƏD BƏY AĞAOĞLU HAQQINDA MALATYA TÜRK OCAĞI ÜMUMİ KATİBİ H.HULKİ BƏYİN BİR MƏQALƏSİ

Sərbəst Cümhuriyyət firqəsi zamanında Ağa oğlu Əhməd bəylə Xalq firqəsinə mənsub olanlar arasında bir çox münaqişələr oluyordu. Bu münaqişələr çox zaman ümumi və siyasi şəkildən çıxaraq qeyri ciddi və mənasız bir rəng alıyordu. Məsələ: C.Nuri bəylə vaqi olan münaqişədə Əhməd bəyin “şiə” olmasının qeyd edilməsinə belə nədənsə lüzum görülmüşdü.

Möhtərəm məbus Fazil Əhməd bəy isə “Milliyyət” qəzetəsində daha “canlı” məsələlərə toxunmuşdu və Əhməd bəyə verdikləri cavablarında, Türklük, ləhcə, hətta “Ağa” və “Əfəndi” məsələlərinə dəxi təmas etmişlərdi. Bu nəşriyat münasibətilə Malatya Türk Ocağı katibi H.Hulki bəy “Axşam” qəzetəsinin 7 kanuni-əvvəl (noyabr) tarixli nüsxəsində Fazil Əhməd bəyə cavab olmaq üzərə pək mühüm bir məqalə dərc etmişdir. Məsələnin Ağa oğlu Əhməd bəylə Fazil Əhməd bəylərlə təmas etdigindən degil, milliyyət və Türklük kibi pək mühüm və həyati nöqtələrə toxunduğu üçün eynən dərcini faydalı bulduq.

Sərbəst Cümhuriyyət firqəsinin doğması və ölməsi məmləkət qəzetələrində bir çox münaqişələrə səbəb oldu. Bu münaqişələr arasında sırf ümumi məsələlərə təmas edən və şəxsi bir infialın ifadəsi olmayan nəşriyatı - bugünki bəhsinin sədədindən tamamilə xaric ədd ediyorum.

Bir Ocaqlı gənc olduğum üçün bəni bilxassə əlaqədar edən cəhət kəndimi idrak etdigim gündən bəri doğruluğuna inandığım bəzi əsas fikirlərin rədd və inkar edilməsidir. Bu səbəblə düşündüklərimi məmləkət əfkari ümumiyyəsi önündə müdafiə etməgi kəndimə bir borc bildim.

Ağaoğlu Əhməd və Fazil Əhməd bəylər məmləkətin iki məruf mühərrir və müəllimidir. Biz elmi münaqişələrin əsalətini və vüqarını bilxassə isimlərini zikr etdigim ustadlarımız kibi kimsələrin qələmlərində aramağa və görməgə möhtacız. Əgər onlar da bizə infial təsiri altında hər kəsdən fəzlə elm adamlarının mühafizə etməgə və məmləkətin yeni nəsillərinə göstərməgə məcbur olduqları kübarlıqdan uzaqlaşırsa bizim hissəmizə düşəcək şey ancaq kədərdən və yəisdən ibarətdir.

Bən, “Milliyyət” qəzetəsinin sütunları arasında mötərəm ustadım Fazil Əhməd bəyin Ağaoğlu Əhməd bəyə yazdığı məktubu oxuduğum vaxt kəndi-kəndimə demişdim ki, iştə bir çox çamur qarışdıran qələmlər arasında büsbütün ayrı bir şey oxuyacaqsan. Halbuki, bir Ocaqlı qəlbilə çox mütəəssir və məyus oldum.

Fazil Əhməd bəy Ağaoğlu Əhməd bəyi yabançı bir məmləkətdən gəlmiş və Türkiyəyə sığınmış ücrəti bir adam kibi görüyor. Bu görüş bənim və bənim kibi düşünən yüzlərcə, minlərcə Ocaqlının qənaətına əsla-əsla uymayan bir şeydir. Siyasi hüdudları, bir millətin iki parçasını bir-birindən tamamilə ayıran bir mahiy-yətdə görüyor. Bilmiyor ki, dünyanın nəzərində böylə bir fikrin tərvicinə imkan vardır.

Ocaqlıların bildigi, siyasi hüdudun arxasında siyasi hüdudun siyasi əməllər daşımanın doğru olmadığı fikrindən ibarətdir. Yoxsa eyni tarixdən gələn, ana Türk dilini qonuşan behəqqin kəndisini Türk sayan bir fərdin, onun və bizim ixtiyarımızın xaricində bir taqım səbəblərlə başqa höku-mətlərin idarəsi altında qalması onu bizə yabançı göstərməgə kafi gəlməz.

Dünyanın nərəsində olursa olsun hər hankı bir Türkü, biz Türk olaraq tanır və Türk olaraq sevəriz. Və onların səadətini və fəlakətini bənimsəməkdən bizi mən edəcək heç bir qüvvət tanımayız.

Ağaoğlu Əhməd bəy kibi Türk dünyasının müxtəlif köşələrindən ana vətənin hür bayrağı altına gələn hər hankı bir Türk mənşəi istər Misir, istər Qafqasiya, istər Çin və ya Əfqanıstan olsun, o bizim nəzərimizdə ana vətənə gələn, kəndi yurduna dönən bir Türkdür.

Bizim şimdiyə qədər milliyyət haqqında bütün mütəfəkkirlərimizdən və alimlərimizdən aldığımız tərbiyə və təlim Fazil Əhməd bəyin qənaəti ilə tam bir təzad halındadır. Ağaoğlu Əhməd bəy kibi Qafqasiyada çarlar idarəsindən bu günə gəlincəyə qədər qəzetəçi, müəllim, müdərris, məbus, daimi Türk milləti və Türk milliyyəti üçün çalışmış bir adamı Türk toprağı üzərində bir sıxıntı vəziyyətində görmək ciddən hər kəsdən fəzlə elm və sənət adamlarımıza yaqışmayan yanlış bir düşüncədir...

Arzu edəyim ki, gərək Fazil Əhməd bəyin qələmində gərək digər bir çox mühərrirlərimizdə Azəri ləhcəsini bir yabançılıq fərqi kibi göstərmək istəyən mütalilərə təsadüf ediyoruz. Halbuki, Anadolunun qosqoca bir parçası Azəri ləh-cəsilə qonuşur. Bağdadın yetişdirdigi Füzuli Azəri şivəsilə qonuşduğu və yazdığı kibi, Ərzurum başda olmaq üzrə Şərq vilayətlərimizin bir çoxu əlan Azəri şivəsilə görüşməkdədir.

Nə qəribədir ki, Ocaqlının çox məhəbbətlə, çox zövqlə dinlədigi Azəri ləhcə, hətta Fazil Əhməd bəy kibi bəzi ustadlarımıza belə yabançı və soyuq gəliyor. Bu xüsusata bizim fikrimiz büsbütün başqadır. Bəzi millətlərin hüdudları arxa-sında qalmış kəndi soylarına mənsub bir ovuc xalq üçün göstər-dikləri əlaqəyi, ortaya atdıqları davaları, bu davalar yolundakı mücadilələrini düşündükcə bir taqım məruf şəxsiyyətlərimizin belə siyasi hüdudların ardında qalmış 30 milyonluq bir Türk kütləsinə qarşı bu məhəbbətsizligi həqiqətən təəccübə layiqdir.

Möhtərəm ustadımız Fazil Əhməd bəy əfəndinin ciddi yazılarilə mizahi yazılarını bir-birindən ayırmaq o qədər müşkül olmasa, onun şeirləri arasında xatırladığım bir misranı kəndi davalarının əleyhinə bir dəlil olaraq qullanmaq istəyəcəgəm. Fazil Əhməd bəy bir misrasında diyor ki: “Babam tatar, anam çərkəz, demək xalis mələzəm”.

Bunu söyləyən zat Tatar bir babadan və Çərkəs bir anadan gəlmiş olmaq dolayısı ilə son iddiasına görə Ağa oğlu Əhməd bəyə “Sən yabançısan” deyəcək bir vəziyyətdə bulunmaqdan çox uzaqdır.

Türk milliyyətpərvərligi hissini daşıyanların 20 küsur sənədən bəri mühərrir, müəllim, məbus olaraq Türkiyənin bütün elim və xalq işləri başında çalışdırdıqları bir zatə babası Krımdan və ya Kazandan gələn möhtərəm alimimizin təriz etməsini ən xəfif təbirlə söylüyorum, ancaq qərib bulurlar.

Məəmafiə bizim nəzərimizdə Ağaoğlu Əhməd bəy nə qədər kəndi vətənində isə, Fazil Əhməd bəy də o qədər kəndi vətənindədir. Yalnız şu şərt ilə ki, oturduqları evdə digər ev sahiblərini rahatsız etməgə qalxmasınlar.

Bir də Fazil Əhməd bəyin məktubunun sonunda “Türkiyənin hər öz övladı Ağa oğlu deyil əfəndi çocuğudur” diyor. Bu cümləyi oxuduğum vaxt nasıl bir heyrət və təəssürə düşdügümü ifadə etməkdən acizəm. Ağa təbiri Türk dünyasında və bilxassə Anadoluda bir əsalət ifadəsidir. Türk ailəsində kiçik qardaş böyügünə Ağabəy deyir. Bütün böyüklərə ağamız deyərlər. Hindistanın - orada Türklügün uzun müddətdən bəri zəvalına rəğmən - əlan Ağa ismini daşıyan məruf şəxsiyyətləri vardır. Ağa Xan kibi.

Ağa, o, ünvandır ki, hətta Xanın başına gəldigi vaxt ona böyüklük verir. Anadolunun hər tərəfində məsəla Adanadakı Ağazadələr kibi, Ağa ünvanını daşıyan əski ailələrə, xanədanlara təsadüf olunur. Hətta Yeniçəri o çağının ən böyük adamı Yeniçəri ağasıdır. Möhtərəm ustadımdan utanmasam misalları daha uzada bilərəm. Fəqət bu qədər kafi gəlir.

Məktubumu bitirmədən əvvəl şu iki cümləyi qeyd etməgi kəndimə bir borc bilirəm. Ağaoğlu Əhməd bəyi şu və ya bu vəsilə ilə sevmiyənlərə təsadüf oluna bilir. Biz onu Türk milliyyətçiliginə ifa etdigi hizmətlər dolayısı ilə minnətdarlıq hissilə seviriz və onu bir ağamız, bir rəhbərimiz sayırız. Son cümləm bir ricadan ibarətdir: Heç olmazsa möhtərəm ustadlarımız kəndi şəxsi təəssürlərini ifadə edən yazılarında Türk milliyyətpərvərliginin istinad etdigi mübarək əsasları rəncidə edəcək qədər sükunlarını və kəndi elm əsalətlərini ehmal etməsinlər.

Malatya Türk Ocağı ümumi katibi H.Hulki
”Odlu-Yurd”, ikinci qanun (yanvar) 1930, № 24(12)

İnfial - xəcalət çəkmə, hirslənmə
Sədəd - münasibət, məqsəd
Əsalət - əsilli, zadəganlıq
Yəis - məyusluq
İğra - təhrik etmə
Miğfər - dəbilqə, dəmir papaq
Kasur - kəsrlər

BOLŞEVİK GÖZÜ İLƏ TÜRKİYƏ

Ötədən bəri Sovet hökumətinin Türkiyə Cümhuriyətinə, Türkiyə həyatına nə kibi qərəzkəranə nəzərlə baxdığından və bu məqsədlə yazılmış mütəəddid məqalələrdən bəhs etmişdik Son gələn Sovet mətbuatında nə kibi yazılara yenə sıx-sıx təsadüf etməkdəyiz. Bu cümlədən olaraq Bakıda çıxan “Komunist” qəzetəsi (5-11-№ 260) “6 sənəlik hakimiyət nəticələri” sərlövhəsi altında Türkiyə Cümhuriyyətinin 6-cı il dönümü münasibətilə bir məqalə dərc etmişdir.

12 sənəlik Sovet hakimiyyətinin, məmləkət daxilində tətbiq etdigi siyasi, iqtisadi və ictimai siyasətin əhaliyi yaşayan bir ölü vəziyyətinə gətirdiginə və gündən-günə gərək firqə və gərək xarici siyasətdə çıxan böhran və müşkülata göz yumularaqdan yazılan bu məqalədə bolşevik mühərriri Türkiyə burjuazisinin 6 illik hakimiyətinin fəqir Anadolu köylüsünə heç bir fayda vermədigindən və köylülərin son dərəcə ağır bir şərait təhdində bulunduqlarından bəhs ediyor və diyor ki:

“Ərazi məsələsi hənuz həll edilməmiş, köylülər bir çox yerlərdə tam mənasilə acdır. Bu üzdən köylülər köylərini tərk etmək məcburiyətində qalıyorlar...”

Köylü həyatını kəndi keyfinə görə bu şəkildə anladan “Komunist” mühərriri əmələlərin vəziyətindən dəxi bəhs etməyi unutmuyor. Kamal üsuli idarəsinin Türkiyədə əmələləri şiddətli təzyik altında bulundurduğunu qeyd ediyor və əlavə ediyor ki:

“Türkiyə əmələləri gündə 11-12 və bəzən də 16 saat çalışmalarına rəğmən az maaş alıyor və hər türlü hüquqdan məhrum bulunuyorlar. Haqqını müdafiə üçün çıxışda bulunan hər hankı bir əmələ “iğtişaşa səbəb ola biləcək nitqilər” söylədigi üçün dərhal həbs ediliyor. Məmləkətin hər yerində terror hakimdir. Əmələlər şiddətlə təqib olunuyorlar. Türkiyə həbsxanələri faşizm İtalya həbsxanələri kibi siyasi məhbuslarla dolmuşdur”.

Türkiyənin nicatını “bolşevik cənnətində” görən bolşevik mühərriri küstaxlığın son dərəcəsinə varıyor və diyor ki:

“Bütün bunlar göstəriyor ki, Kamalizm siyasət və üsulu idarəsi məmləkəti səlamətə və nura çıxarmaq iqtidarına malik degildir. Məmləkət yalnız Türkiyə köylü və əmələsi (yəni komunizm) ilə səlamətə çıxa bilir”.

İştə bolşeviklərin mutat propağandalarından kiçik bir nümunə daha!

“Odlu-Yurd”, İkinci Kanun (yanvar) 1930, № 11

(Ardı var)

 





30.10.2017    çap et  çap et