525.Az

Babək prospektində zəncirvari qəza


 

Babək prospektində zəncirvari qəza<b style="color:red"></b>

Bu gün səhər saatlarında Bakıda, Babək prospektində zəncirvari qəza olub, yolda tıxac yaranıb.

Şahidlərin Trend-ə verdikləri məlumata görə, "Azpetrol" yanacaqdoldurma məntəqəsinin qarşısında "Toyota Prado", "Volkswagen", "Opel" və " Mercedes" markalı minik avtomobilləri toqquşub.

Şahidlərin bildirdiklərinə görə, hadisə zamanı xəsarət alanlar olub.

Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, həmin yolda 4 avtomobil toqquşub. Qəza zamanı ölən olmayıb. Xəsarət alanların sayı barədə hələlik idarədə dəqiq məlumat yoxdur.

 





03.10.2012    çap et  çap et