525.Az

Kompüterlər üçün ilk “Optane” toplayıcıları buraxıldı


 

Kompüterlər üçün ilk “Optane” toplayıcıları buraxıldı<b style="color:red"></b>

"Intel" şirkəti masaüstü fərdi kompüterlər və iş stansiyaları üçün nəzərdə tutulan ilk bərk cisimli "Optane" toplayıcılarını təqdim edib. Prosessor istehsalı ilə məşğul olan nəhəng şirkətin çeşidinə "Optane SSD 900P" istehsal xətti əlavə edilib.

AzərTAc xəbər verir ki, tərtibatçıların sözlərinə görə, istehsal xəttinə daxil olan qurğular hazırda bazardakı yaddaş istehsalı texnologiyalarının bütün üstünlüklərini özündə birləşdirən "3D XPoint" texnologiyasından istifadə edir. "3D XPoint" komponentlərin yüksək məhsuldarlığını və sıx yerləşməsini, eləcə də az enerji sərfiyyatı və əlverişli qiyməti nəzərdə tutur. "Intel" nümayəndələri qeyd ediblər ki, belə yaddaş "NAND flash" yaddaşı ilə müqayisədə min dəfəyədək sürətli və istismar müddəti bir o qədər uzundur.

Məlumata görə, "Intel Optane 900p" toplayıcılarını "PCI-E" genişləndirmə kartı və "U.2" ölçüsündə 2,5 düymlük qurğular şəklində əldə etmək mümkündür. Hər iki halda informasiyanın ötürülmə kanalı qismində dörd "PCI Express 3.0" interfeys xətti çıxış edir. Ardıcıl oxuma və yazmanın maksimal sürəti müvafiq olaraq 2500 və 2000 meqabayt/saniyəyə çatır, 4 kilobaytlıq bloklarla iş zamanı sürət oxumada daxiletmə əməliyyat sayları (IOPS) 550 min və yazmada 500 min əməliyyat təşkil edir.

"Intel Optane 900p" seriyası qiyməti müvafiq olaraq 390 və 600 dollara bərabər 280 və 480 giqabayt tutumlu modellərlə təqdim olunub.

 





01.11.2017    çap et  çap et