525.Az

Siyasi partiyadan Lider TV-yə etiraz


 

Siyasi partiyadan Lider TV-yə etiraz<b style="color:red"></b>

Ötən həftənin sonu Lider televiziyasında “Səda-Həftə” proqramının qonağı olan millət vəkili Zahid Oruc Türkiyə-Azərbaycan birgə Asayiş Qüvvələrinin yaradılması ideyasının müəllifi kimi təqdim olunub.

525.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli proqramın aparıcısını yalan danışmaqda ittiham edib.

O açıqlamasında bildirib ki, MDHP sədri Fərəc Quliyev parlamentin 2011 dekabr və 2012 may aylarında “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılması təklifini irəli sürməklə həmin ideyaya müəlliflik edib.

“Fərəc bəy Parlamentin iclaslarında türk dövlətləri arasındakı münasibətlərin iqtisadi və mədəni əlaqələr müstəvisindən təhlükəsiz və hərbi müstəvilərə transfer olunmağının vacibliyini vurğulayaraq Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğv olunmasını da tələb edib. Onun təklif etdiyi sistemə görə yaradılacaq Türkiyə ilə Azərbaycan Asayişin Təmini birgə Silahlı Qüvvələri Türkiyədə PKK-ya, Azərbaycanda ermənilərə qarşı mübarizədə birlikdə iştirak edəcək, sonrakı mərhələlərdə digər türk dövlətlərini də bu birliyə qoşacaq. Bu çıxışı ilə Fərəc Quliyev türk dünyasının istənilən nöqtəsində separatçılara və ya düşmənlərə qarşı birgə mübarizənin sistemini yaratmağın əhəmiyyətini qaldırıb”.

O, qeyd edib ki, baş verən hadisə MDHP rəhbərliyi və üzvləri tərəfindən kəskin etirazla qarşılanıb.

 





03.10.2012    çap et  çap et