525.Az

Finlandiyanın səfiri gedir


 

Finlandiyanın səfiri gedir<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfiri Petri Salonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, nazir Finlandiya səfirinin ölkəmizdə fəaliyyətini yüksək qiymətləndirib və onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd edib. Görüşdə həmçinin Azərbaycan-Finlandiya arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti məmnunluqla qeyd edilib və əməkdaşlığın genişlənməsi üçün potensialın olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov finlandiyalı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Petri Salo ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

 





03.10.2012    çap et  çap et