525.Az

Qurban Qurbanov millinin baş məşqçisi təyin olundu


 

Qurban Qurbanov millinin baş məşqçisi təyin olundu<b style="color:red"></b>

Millimizin yeni baş məşqçisi müəyyənləşib.

525.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin  bugünkü iclasında verilib.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.

Əlavə edək ki, Q.Qurbanov millimizlə yanaşı, "Qarabağ"ı da çalışdıracaq.

 





03.11.2017    çap et  çap et