525.Az

Azərbaycan Universitetinin tələbələrindən “Başla” filmi - Video


 

Azərbaycan Universitetinin tələbələrindən “Başla” filmi - <b style="color:red">Video </b>

Azərbaycan Universitetinin Sosial iş fakültəsinin 4-cü kurs tələbələri sağlamlıq imkanları məhdud olan gənclərin müxtəlif peşə fəaliyyətlərinə istiqamətləndirilməsi ilə bağlı video-çarx hazırlayıblar.

Kənan Əliyev, Bahar Həsənli, Sevinc Abbasova və Nahib Bədəlovun birgə ərsəyə gətirdiyi “Başla” adlı ekran işinin çəkilişləri Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzində baş tutub.

Çəkilişdə məqsəd müəssisənin fəaliyyəti ilə ölkə ictimaiyyətini yaxından tanış etmək, əlilliyi olan gənclərə motivasiya vermək və onların cəmiyyətə inteqrasiya olunmasında körpü rolunu oynamaqdır.

Ceyhun ABASOV

 





03.11.2017    çap et  çap et