525.Az

Kişi şahmatçılardan ibarət yığmamız Avropa çempionatının qalibi oldu


 

Kişi şahmatçılardan ibarət yığmamız Avropa çempionatının qalibi oldu<b style="color:red"></b> Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatının qalibi olub.
 
APA-nın xəbərinə görə, sonuncu - doqquzuncu turda Azərbaycan və Ukrayna yığmaları arasında oyun 2:2 hesabı ilə başa çatıb. 
 
Beləliklə, şahmatçılarımız turniri 14 xalla başa vurublar.
 
Qeyd edək ki, Rusiya da Almaniyanı məğlub edərək, xallarını 14 xal qazanıb.
 
Beləliklə, əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində birinci  yeri tutub. İkinci yerdə Rusiya yığması, üçüncü pillədə isə Ukrayna komandası qərarlaşıb.
 





06.11.2017    çap et  çap et